Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Musiqi məktəblərində işləmək istəyənlərin nəzərinə

© Sputnik / Kemale AliyevaMusiqi alətləri, arxiv şəkli
Musiqi alətləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək istəyənlər "Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması"nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, test imtahanında uğurlu nəticə göstərərək müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək "Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması"nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcəkdir.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcəkdir.
Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
Qeyd: Hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.
Xəbər lenti
0