https://sputnik.az/20220825/mixail-misustun-azerbaycanla-cox-yaxsi-munasibetlerimiz-var-445390109.html
Mixail Mişustun: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"
Mixail Mişustun: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"
Sputnik Azərbaycan
Mişustin qeyd edib ki, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T22:20+0400
2022-08-25T22:20+0400
2022-08-25T22:32+0400
siyasət
mixail mişustin
əli əsədov
rusiya
https://cdnn1.img.sputnik.az/img/42289/52/422895242_0:230:2821:1817_1920x0_80_0_0_1b7d01acafed47ee8d0c2966c36a8c2b.jpg
BAKI, 25 avqust - Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.Mixail Mişustin qeyd edib ki, Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir və bu, çox yaxşıdır.“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.Mişustin Ə.Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”, - Rusiya Federasiyası Hökumətinin sədri deyib.Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb.“Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə - 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb”.Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, azərbaycanlı həmkarına əməkdaşlığa görə təşəkkür edib.Azərbaycanın Baş naziri Əli Əsədov da öz növbəsində Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib:“Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/52/422895242_46:0:2775:2047_1920x0_80_0_0_ffc825cf2d902a8ea231df42d7dd8146.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mixail mişustin, əli əsədov, rusiya
mixail mişustin, əli əsədov, rusiya
Mixail Mişustun: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var"
22:20 25.08.2022 (Yenilənib: 22:32 25.08.2022) Mişustin qeyd edib ki, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb.
BAKI, 25 avqust - Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 26-da Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.
Mixail Mişustin qeyd edib ki, Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir və bu, çox yaxşıdır.
“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.
Mişustin Ə.Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.
“Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir, Azərbaycanla çox yaxşı münasibətlərimiz var”, - Rusiya Federasiyası Hökumətinin sədri deyib.
Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard ABŞ dollarına çatıb.
“Önəmli olan odur ki, ötən il ticarət dövriyyəmiz ciddi həcmə - 3,3 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 16 faiz çoxdur, bu altı ayda isə 1,6 milyard dollara çatıb”.
Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, azərbaycanlı həmkarına əməkdaşlığa görə təşəkkür edib.
Azərbaycanın Baş naziri Əli Əsədov da öz növbəsində Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib:
“Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.