https://sputnik.az/20220825/mese-ozbasina-yanmaz---ekoloq-445375987.html
Meşə özbaşına yanmaz - Ekoloq
Meşə özbaşına yanmaz - Ekoloq
Sputnik Azərbaycan
Ekoloq Telman Zeynalov deyir ki, meşəlik ərazilərdə mehmanxanaların tikilməsi düzgün deyil. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T17:56+0400
2022-08-25T17:56+0400
2022-08-25T17:56+0400
meşə
cəmiyyət
telman zeynalov
ekoloq
ekologiya
meşə yanğınları
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618169_0:0:3073:1728_1920x0_80_0_0_464f1d738784d45a430af42f584e6791.jpg
BAKI, 25 avqust — Sputnik. Meşə özbaşına yanmaz, meşələri yandırırlar. Azərbaycanda baş verən meşə yanğınlarının böyük əksəriyyətinin, təxminən 90 faizi insan əməyinin nəticəsidir.Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında deyib.Ekoloqun sözlərinə görə, kənd təsərrüfatı ərazilərinin yandırılması də meşə yanğınlarının baş verməsinə səbəb olur: "Kəndlilər ərazini biçəndən sonra yandırırlar. Nəticədə zəif bir meh əsən kimi yanğın meşələrə qədər gedib çıxır".Telman Zeynalovun fikrincə, meşə yanğınlarının baş verməsində turistlərin də payı var:"Turistlər bir çox hallarda siqareti çəkib kötüyünü hara gəldi atırlar, kabab bişirib odu söndürmürlər və nəticədə yanğın baş verir. Bundan başqa, plastik tullantılar, metal içki bankaları da meşə yanğınlarına səbəb olur. Çünki Günəş şüası plastik butulkaya, metal bankaya düşdükdə şüanı gücləndirərək istiliyini torpağa ötürür. Nəticədə yanğınlar baş verir".Meşədə deyil, səhralıq bölgələrdə hotel tikib ətrafı yaşıllaşdırsınlarT.Zeynalov bildirib ki, SSRİ dövründə Azərbaycanın meşə ərazisi 11 faiz idirsə, indi bu rəqəm daha azdır:"Hər yerdə meşələri qırıb turistik ərazilər yaradır, hotellər tikirlər. Əslində meşəlik ərazidə hotellərin tikilməsini düzgün hesab etmirəm. Kimsə turist cəlb etmək istəyirsə, o zaman aran, səhralıq bölgələrdə hotel tikib ətrafı yaşıllaşdırsın. Lakin Azərbaycanda demək olar ki, bütün hotellər meşələrin ərazisində tikilir və bunun üçün həmin ərazilərdə yaşıllıqların 20 faizi qırılır".Ekspertin fikrincə, havaların isti keçməsi meşə yanğınlarına səbəb olmur:"Bəzən belə ehtimallar irəli sürülür ki, guya Günəşin şüaları yeri həddindən artıq qızdırır və meşə yanğınları baş verir. Bu, tamamilə yanlış məlumatdır. 150 dərəcədən aşağı temperaturda meşə yanğını baş verə bilməz. Günəş isə yer kürəsini 100 dərəcədən artıq qızdıra bilməz. Yerin atmosfer təzyiqi düşən şüaların 70 faizini geriyə qaytarır".O bildirir ki, meşə yanğınlarına səbəb olan təbii amillərin 10 faizini vulkan püskürmələri, lavaların üzə çıxması, dağlıq zonalarda ildırım çaxması təşkil edir: "Bundan başqa, bataqlıqlar yananda da meşə yanğınları baş verir. Lakin bütün bu amillər 100 milyon hektarlarla meşələrin yanmasına səbəb olmurlar".Ekoloq belə ümumiləşmə aparıb ki, mövcud meşələri qorumaq üçün onun yaxınlığında mehmanxana, kafe və restoranların fəaliyyətinə imkan verilməməli, turistlərin ətrafı zibilləməsinin, kənd təsərrüfatı ərazilərinin biçimdən sonra yandırılmasının qarşısı alınmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618169_119:0:2850:2048_1920x0_80_0_0_2d27e2235c6f26ac9c095b7f52da98c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meşə, telman zeynalov, ekoloq, ekologiya, meşə yanğınları
meşə, telman zeynalov, ekoloq, ekologiya, meşə yanğınları
Meşə özbaşına yanmaz - Ekoloq
Ekoloq Telman Zeynalov deyir ki, meşəlik ərazilərdə mehmanxanaların tikilməsi düzgün deyil.
BAKI, 25 avqust — Sputnik. Meşə özbaşına yanmaz, meşələri yandırırlar. Azərbaycanda baş verən meşə yanğınlarının böyük əksəriyyətinin, təxminən 90 faizi insan əməyinin nəticəsidir.
Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekoloqun sözlərinə görə, kənd təsərrüfatı ərazilərinin yandırılması də meşə yanğınlarının baş verməsinə səbəb olur: "Kəndlilər ərazini biçəndən sonra yandırırlar. Nəticədə zəif bir meh əsən kimi yanğın meşələrə qədər gedib çıxır".
Telman Zeynalovun fikrincə, meşə yanğınlarının baş verməsində turistlərin də payı var:
"Turistlər bir çox hallarda siqareti çəkib kötüyünü hara gəldi atırlar, kabab bişirib odu söndürmürlər və nəticədə yanğın baş verir. Bundan başqa, plastik tullantılar, metal içki bankaları da meşə yanğınlarına səbəb olur. Çünki Günəş şüası plastik butulkaya, metal bankaya düşdükdə şüanı gücləndirərək istiliyini torpağa ötürür. Nəticədə yanğınlar baş verir".
Meşədə deyil, səhralıq bölgələrdə hotel tikib ətrafı yaşıllaşdırsınlar
T.Zeynalov bildirib ki, SSRİ dövründə Azərbaycanın meşə ərazisi 11 faiz idirsə, indi bu rəqəm daha azdır:
"Hər yerdə meşələri qırıb turistik ərazilər yaradır, hotellər tikirlər. Əslində meşəlik ərazidə hotellərin tikilməsini düzgün hesab etmirəm. Kimsə turist cəlb etmək istəyirsə, o zaman aran, səhralıq bölgələrdə hotel tikib ətrafı yaşıllaşdırsın. Lakin Azərbaycanda demək olar ki, bütün hotellər meşələrin ərazisində tikilir və bunun üçün həmin ərazilərdə yaşıllıqların 20 faizi qırılır".
Ekspertin fikrincə, havaların isti keçməsi meşə yanğınlarına səbəb olmur:
"Bəzən belə ehtimallar irəli sürülür ki, guya Günəşin şüaları yeri həddindən artıq qızdırır və meşə yanğınları baş verir. Bu, tamamilə yanlış məlumatdır. 150 dərəcədən aşağı temperaturda meşə yanğını baş verə bilməz. Günəş isə yer kürəsini 100 dərəcədən artıq qızdıra bilməz. Yerin atmosfer təzyiqi düşən şüaların 70 faizini geriyə qaytarır".
O bildirir ki, meşə yanğınlarına səbəb olan təbii amillərin 10 faizini vulkan püskürmələri, lavaların üzə çıxması, dağlıq zonalarda ildırım çaxması təşkil edir: "Bundan başqa, bataqlıqlar yananda da meşə yanğınları baş verir. Lakin bütün bu amillər 100 milyon hektarlarla meşələrin yanmasına səbəb olmurlar".
Ekoloq belə ümumiləşmə aparıb ki, mövcud meşələri qorumaq üçün onun yaxınlığında mehmanxana, kafe və restoranların fəaliyyətinə imkan verilməməli, turistlərin ətrafı zibilləməsinin, kənd təsərrüfatı ərazilərinin biçimdən sonra yandırılmasının qarşısı alınmalıdır.