SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşəcəklər

© Photo : European Unionİlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan, arxiv şəkli
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəklərini açıqlayıb, lakin görüşün tarixini qeyd etməyib.
BAKI, 25 avqust — Sputnik. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında görüş avqustun 31-də baş tutacaq. Məlumatı Sputnik Ermənistan-a Ermənistan hökumətinin mətbuat xidmətindən təsdiqləyiblər.
Görüş Brüsseldə baş tutacaq.
Xatırladaq ki, iyulun sonunda Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan demişdi ki, İrəvan və Bakı Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında görüş keçirmək üçün danışıqlar aparır. Öz növbəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəklərini açıqlayıb, lakin görüşün tarixini qeyd etməyib.
Qeyd edək ki, sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Bu gün ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməlidirlər.
Xəbər lenti
0