CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub

© Photo : personal archiveFirəngiz Rəhimbəyova
Firəngiz Rəhimbəyova - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da dəfn olunacaq.
BAKI, 25 avqust — Sputnik. Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.
Sənətçinin yaxın dostu, Xalq artisti Eldar Mansurovun verdiyi xəbərə görə, Firəngiz Rəhimbəyova Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn ediləcək:
"Təəssüf ki, mən dəfnində iştirak edə bilməyəcəyəm. Çünki yol uzaqdır, səhhətim buna imkan vermir. Çox güman ki, başqa dostları həmin mərasimdə işitak edəcəklər. Səhhətim imkan versəydi, sözsüz, mən də gedərdim".
Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.
Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Seleste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn ediliblər.
F.Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. "Bəxt üzüyü" filmində "Seda" obrazı ilə tanınan F.Rəhimbəyova həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.
Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü - 2" filmində yenidən "Seda" roluna çəkilib.
Xəbər lenti
0