https://sputnik.az/20220825/bakida-narkomaniya-ocagi-barede-sujetden-sonra-dn-emeliyyat-kecirdi-445361900.html
Bakıda narkomaniya ocağı barədə sujetdən sonra DİN əməliyyat keçirdi
Bakıda narkomaniya ocağı barədə sujetdən sonra DİN əməliyyat keçirdi
Sputnik Azərbaycan
Bakının "Papanin" və "Xutor" adlanan ərazilərin narkomaniya yuvasına çevrilməsi barədə sakinlərin şikayətləri daxili işlər orqanlarını hərəkətə keçirib. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T11:57+0400
2022-08-25T11:57+0400
2022-08-25T12:34+0400
cəmiyyət
polis
narkotik
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929402_0:161:3071:1888_1920x0_80_0_0_0993889bd72e1a258ee8ad80ba1bba8c.jpg
BAKI, 25 avqust — Sputnik. Bloger Nail Kəmərlinin Bakının "Papanin" və "Xutor" adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub.Verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.Qeyd edək ki, "Youtube" platformasında verilişin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları həmin ərazilərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilib ki, Cəlil Məmmədquluzadə ("Papanin"), Şimal şitilliyi ("Xutor"), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929402_170:0:2901:2048_1920x0_80_0_0_27979aa533694ee9339f9e2454f1d3b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
polis, narkotik, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
polis, narkotik, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
Bakıda narkomaniya ocağı barədə sujetdən sonra DİN əməliyyat keçirdi
11:57 25.08.2022 (Yenilənib: 12:34 25.08.2022) Bakının "Papanin" və "Xutor" adlanan ərazilərin narkomaniya yuvasına çevrilməsi barədə sakinlərin şikayətləri daxili işlər orqanlarını hərəkətə keçirib.
BAKI, 25 avqust — Sputnik. Bloger Nail Kəmərlinin Bakının "Papanin" və "Xutor" adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub.
Verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.
Qeyd edək ki, "Youtube" platformasında verilişin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları həmin ərazilərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilib ki, Cəlil Məmmədquluzadə ("Papanin"), Şimal şitilliyi ("Xutor"), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.