https://sputnik.az/20220825/azerbaycanda-bu-gunden-pehriz-corekleri-de-bahalasib-445355026.html
Azərbaycanda bu gündən pəhriz çörəkləri də bahalaşıb
Azərbaycanda bu gündən pəhriz çörəkləri də bahalaşıb
Sputnik Azərbaycan
Çörək zavodları pəhriz çörəklərinin tərkibinə əla növ un və çovdar unu qatırlar. Xammal bahalaşdığı üçün pəhriz çörəklərinin də qiymətini qaldırıblar. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T10:32+0400
2022-08-25T10:32+0400
2022-08-25T10:35+0400
cəmiyyət
çörək
çörək bişirmə sexi
yuxa
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445355168_0:0:1921:1080_1920x0_80_0_0_b73a99c225e41ac022560571c641e737.jpg
BAKI, 25 avqust — Sputnik. Azərbaycanda pəhriz çörəklərinin də qiyməti bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a bu barədə alıcılar məlumat veriblər. Alıcı Aygün Bünyadzadə Sputnik Azərbaycan-a bildirib ki, hər zaman 85 qəpiyə aldığı çörəyin qiyməti bu gün 95 qəpik olub: "Azadlıq prospektində yerləşən "Araz" marketlər şəbəkəsinin administratoru mənə bildirdi ki, bu gündən bütün növ çörəklərin qiyməti artıb. Administrator dedi ki, hələ ki, təkcə lavaşın qiyməti bahalaşmayıb".Alıcı bildirib ki, hər zaman 85 qəpiyə aldığı "Borodino" çörəyini bu gün 95 qəpiyə alıb.Sputnik Azərbaycan ölkəmizdə pəhriz çörəyi istehsalçısı olan "N1" çörək zavodu ilə əlaqə saxlayıb. Zavoddan bahalaşmanı təsdiqləyiblər. Bildirilib ki, "Borodino" çörəyinin zavod tərəfindən satışı 90 qəpik olub. Əvvəl isə zavod çörəyi mağazalara 80 qəpiyə satıb.Zavoddan bildirdilər ki, çovdar çörəyi də bahalaşıb: "Biz pəhriz çörəklərinin tərkibinə əla növ un və çovdar unu qatırıq. Xammal bahalaşdığı üçün pəhriz çörəkləri də bahalaşıb. Ona görə də biz qiyməti 10 qəpik bahalaşdırmışıq".Məlumat üçün bildirək ki, avqustun 19-da ölkədə unun və çörəyin qiyməti bahalaşsa da, qablaşdırılmış pəhriz çörəkləri bahalaşmamışdı.Qeyd edək ki, avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445355168_0:0:1695:1271_1920x0_80_0_0_25097087978dad388886c202a6af9b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
çörək, çörək bişirmə sexi, yuxa
çörək, çörək bişirmə sexi, yuxa
Azərbaycanda bu gündən pəhriz çörəkləri də bahalaşıb
10:32 25.08.2022 (Yenilənib: 10:35 25.08.2022) Çörək zavodları pəhriz çörəklərinin tərkibinə əla növ un və çovdar unu qatırlar. Xammal bahalaşdığı üçün pəhriz çörəklərinin də qiymətini qaldırıblar.
BAKI, 25 avqust — Sputnik. Azərbaycanda pəhriz çörəklərinin də qiyməti bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a bu barədə alıcılar məlumat veriblər. Alıcı Aygün Bünyadzadə Sputnik Azərbaycan-a bildirib ki, hər zaman 85 qəpiyə aldığı çörəyin qiyməti bu gün 95 qəpik olub: "Azadlıq prospektində yerləşən "Araz" marketlər şəbəkəsinin administratoru mənə bildirdi ki, bu gündən bütün növ çörəklərin qiyməti artıb. Administrator dedi ki, hələ ki, təkcə lavaşın qiyməti bahalaşmayıb".
Alıcı bildirib ki, hər zaman 85 qəpiyə aldığı "Borodino" çörəyini bu gün 95 qəpiyə alıb.
Sputnik Azərbaycan ölkəmizdə pəhriz çörəyi istehsalçısı olan "N1" çörək zavodu ilə əlaqə saxlayıb. Zavoddan bahalaşmanı təsdiqləyiblər. Bildirilib ki, "Borodino" çörəyinin zavod tərəfindən satışı 90 qəpik olub. Əvvəl isə zavod çörəyi mağazalara 80 qəpiyə satıb.
Zavoddan bildirdilər ki, çovdar çörəyi də bahalaşıb: "Biz pəhriz çörəklərinin tərkibinə əla növ un və çovdar unu qatırıq. Xammal bahalaşdığı üçün pəhriz çörəkləri də bahalaşıb. Ona görə də biz qiyməti 10 qəpik bahalaşdırmışıq".
Məlumat üçün bildirək ki, avqustun 19-da ölkədə unun və çörəyin qiyməti bahalaşsa da, qablaşdırılmış pəhriz çörəkləri bahalaşmamışdı.
Qeyd edək ki, avqustun 19-da 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat olub. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.