CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol hərəkəti qaydaları yalnız sürücülər üçün deyil - DYP

© Sputnik / Murad OrujovDYP əməkdaşları
DYP əməkdaşları - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Yol hərəkəti qaydalarına əməl etməyənlərə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində hərəkətin digər iştirakçıları üçün 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub
BAKI, 24 avqust — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, Azərbaycanın yol hərəkəti haqqında qanunvericiliyi sürücülərlə yanaşı, digər hərəkət iştirakçıları barəsində də hüquqlar və vəzifələr müəyyən edir: "Hərəkətin digər iştirakçıları dedikdə buraya piyadalar, sərnişinlər, mopedçilər, velosipedçilər, həmçinin son dövrlər xüsusilə istifadəsi geniş yayılmış qeyri-mexaniki nəqliyyat vasitəsi hesab olunan skuter və seqveylər də aiddir. Hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməklə özünün və ətrafdakıların həyat və sağlamlığını qorumuş olur".
Araz Əsgərli deyib ki, yol hərəkəti qaydalarına əməl etməyənlərə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində hərəkətin digər iştirakçıları üçün 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub: "Hansısa qayda pozuntularını müvafiq inzibati tənbeh tədbirlərinə tuş gəlmək üçün deyil, şəxsin özünün həyat və sağlamlığının qorunması, ictimai münasibətlərdə düzgün rəftarının ətrafdakı insanların da qaydalara daha məsuliyyətli şəkildə yanaşmasını təmin etmək üçün olduğunu unutmamalıyıq. Xüsusilə deməliyik ki, valideynlər himayələrində olan azyaşlı övladlarına ciddi nəzarət etməli, onları velosiped və seqveylərlə ümumi istifadə olunan yollara buraxılmasının qarşısının alınmasında maraqlı olmalıdırlar. Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi gündəlik həyatımızda tətbiq etməyin vacibliyini bir daha hərəkət iştirakçılarımızın diqqətinə çatdırırıq".
Xəbər lenti
0