Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Tank Biatlonu"nun yarımfinalı: canlı yayım

Abunə olmaq
Azərbaycan komandası “Tank biatlonu” üzrə ekipajlar arasında tətbiqi yarışlarda finala çıxmaq uğrunda mübarizə aparacaq.
Azərbaycan komandası Moskva yaxınlığındakı Alabinoda keçirilən “Tank biatlonu” yarışının yarımfinalında iştirak edir.
Qeyd edək ki, yarışlar “Beynəlxalq Ordu Oyunları-2022” çərçivəsində keçirilir.
Xatırladaq ki, dünən keçirilən yarımfinalda Rusiya və Belarus komandalarının tank heyətləri yarışın final mərhələsinə keçiblər.
Bu il Beynəlxalq Ordu Oyunları 12 ölkədə, o cümlədən Belarus, Azərbaycan, Əlcəzair, Venesuela, Vyetnam, İran və Rusiyada keçirilir. Oyunlarda 37 ölkədən 270-dən çox komanda iştirak edir, o cümlədən yeni iştirakçılar arasında Niger və Ruanda da var.
Azərbaycan hərbçiləri "Ordu Oyunları-2022"nin dörd yarışında iştirak edirlər: “Tank biatlonu”, “Dəniz kuboku”, “Artilleriya atəşinin ustaları” və “Snayper həddi”.
Respublikanın beşinci dəfədir ki, avqustun 27-dək davam edəcək "Dəniz kuboku" yarışına ev sahibliyi edir.
Xəbər lenti
0