Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə meşə yanğını söndürülüb - VİDEO

© Sputnik / Ilham AhmadovMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1 hektar sahədə əsasən kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb
BAKI, 24 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
FHN-dən bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1 hektar sahədə əsasən kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər.
Meşə yanğını, raxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
HADİSƏ
Şəkidə dağlıq ərazidəki yanğın söndürülüb
Xəbər lenti
0