Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Yenilənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
BAKI, 24 avqust — Sputnik. Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə rəsmi ziyafət verilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
***
Avqustun 24-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
***
Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEVAzərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
***
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilib.
Prezidentlər görüşdə çıxış etdilər.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
***
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.
“Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verdi.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar
***
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunub - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunub
***
Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev deyib: "Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaq.
Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib: "İlk növbədə, göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq".
***
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEVQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEVQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEVQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
***
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, daha əvvəl avqustun 19-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Görüşdə Qazaxıstan prezidenti Nur-Sultan və Moskva arasında ikitərəfli əməkdaşlığa təkan vermək əzmində olduğunu bildirib.
Vladimir Putin isə Rusiya və Qazaxıstanın MN-lərinin KTMT çərçivəsində birgə təlimlər hazırladığını açıqlayıb.
Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 34,4% artdığını qeyd ediblər. Həmçinin bildiriblər ki, hər iki tərəfdən sərmayə qoyuluşu artır. Rusiya üçün bu göstərici 17 milyard ABŞ dolları məbləğinə çatıb.
Xəbər lenti
0