https://sputnik.az/20220824/qazaxistan-elet-limaninin-genislendirilmesinde-istirak-edecek-445343768.html
Qazaxıstan Ələt limanının genişləndirilməsində iştirak edəcək
Qazaxıstan Ələt limanının genişləndirilməsində iştirak edəcək
Sputnik Azərbaycan
"Qazaxıstan temir jolı" MŞ" SC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında Transxəzər nəqliyyat marşrutunun inkişafını nəzərdə tutan memorandum... 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T20:46+0400
2022-08-24T20:46+0400
2022-08-24T20:46+0400
ələt azad iqtisadi zonası
iqtisadiyyat
"beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
https://cdnn1.img.sputnik.az/img/41539/27/415392764_0:0:1961:1103_1920x0_80_0_0_9dc9e372a398e9c26b952e90c8fcc2d3.jpg
BAKI, 24 avqust — Sputnik. "Qazaxıstan temir jolı" MŞ" SC (QTJ) Ələt limanının genişləndirilməsinin 2-ci mərhələsi çərçivəsində terminal qurğularının və mövcud infrastrukturun inkişaf etdirilməsində iştirak edəcək. Bunu QTJ ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında imzalanmış logistika və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq memorandumu nəzərdə tutur.Sənəd iki ölkənin tranzit potensialını artırmağa imkan verən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta dəhliz) inkişafına yönəlib.Memorandumda, həmçinin Ələt limanının birgə inkişafı üçün Qazaxıstan tərəfinə torpaq sahəsinin və mövcud limanların ayrılması imkanları da nəzərdə tutulub.Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanının gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir. Növbəti mərhələdə bu rəqəmin ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılması planlaşdırılır. 2021-ci ilin yekunlarına əsasən liman vasitəsilə 5 milyon tondan çox yük daşınıb ki, bu da 2020-ci illə müqayisədə 20% çoxdur.Transxəzər marşrutu - mühüm logistika dəhlizidirTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.Dəhliz marşrutu hazırda Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya kimi uzanır.Ötən ilin yekunlarına əsasən TBNM vasitəsilə daşımalar 586,2 min ton yük və 25 270 TEU (TEU-konteyner) təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41539/27/415392764_223:0:1694:1103_1920x0_80_0_0_6740613850b51c2cb2faf4334e16a267.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ələt azad iqtisadi zonası, "beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
ələt azad iqtisadi zonası, "beynəlxalq transxəzr nəqliyyat marşurutu" beynəlxalq assosasiyası hüquqi şəxlər birliyi
Qazaxıstan Ələt limanının genişləndirilməsində iştirak edəcək
"Qazaxıstan temir jolı" MŞ" SC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında Transxəzər nəqliyyat marşrutunun inkişafını nəzərdə tutan memorandum imzalanıb.
BAKI, 24 avqust — Sputnik. "Qazaxıstan temir jolı" MŞ" SC (QTJ) Ələt limanının genişləndirilməsinin 2-ci mərhələsi çərçivəsində terminal qurğularının və mövcud infrastrukturun inkişaf etdirilməsində iştirak edəcək. Bunu QTJ ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında imzalanmış logistika və birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq memorandumu nəzərdə tutur.
Sənəd iki ölkənin tranzit potensialını artırmağa imkan verən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta dəhliz) inkişafına yönəlib.
Memorandumda, həmçinin Ələt limanının birgə inkişafı üçün Qazaxıstan tərəfinə torpaq sahəsinin və mövcud limanların ayrılması imkanları da nəzərdə tutulub.
Xatırladaq ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanının gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir. Növbəti mərhələdə bu rəqəmin ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılması planlaşdırılır. 2021-ci ilin yekunlarına əsasən liman vasitəsilə 5 milyon tondan çox yük daşınıb ki, bu da 2020-ci illə müqayisədə 20% çoxdur.
Transxəzər marşrutu - mühüm logistika dəhlizidir
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.
Dəhliz marşrutu hazırda Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya kimi uzanır.
Ötən ilin yekunlarına əsasən TBNM vasitəsilə daşımalar 586,2 min ton yük və 25 270 TEU (TEU-konteyner) təşkil edib.