DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron fransızları böhranların nəticələrinə hazırlaşmağa çağırıb

© AP Photo / Markus SchreiberFransa prezidenti Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Fransa prezidenti xəbərdarlıq edib ki, əhali məhsul qıtlığı ilə üzləşəcək
BAKI, 24 avqust — Sputnik. Fransa lideri Emmanuel Makron ölkənin "böyük təlatümlər" yaşadığını deyib. O "bolluq dövrünün" sonu gəldiyini bildirib. Siyasətçi müvafiq bəyanatla Milli Nazirlər Şurasının 24 avqust 2022-ci il çərşənbə günü keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, fransızlar tezliklə Ukrayna və iqlim böhranlarının nəticələri ilə üzləşəcəklər ki, bu da bu və ya digər məhsul qıtlığı ilə nəticələnəcək.
"Biz iqtisadi nəticələrlə üzləşməli olacağıq" - deyə Makron xəbərdarlıq edib, - "Söhbət, bizə həmişə əlçatan görünən məhsul və texnologiyalardan gedir".
Daha əvvəl qeyd edildiyi kimi, Avropada hazırki quraqlıq son 500 ilin ən güclüsüdür. Müvafiq bəyanatı Avropa Komissiyasının nümayəndəsi 23 avqust 2022-ci il çərşənbə axşamı keçirilən mətbuat konfransında verib.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Rusiya Federasiyasından sanksiyalara məruz qalmayan qida və gübrələrin əldə edilməsinə çağırıb. Onun sözlərinə görə, Rusiya gübrələri olmasa, 2023-cü ildə qlobal ərzaq böhranı təhlükəsi çox reallaşacaq. Bundan əvvəl Rusiya gübrələrinin bir hissəsinə Qərb tərəfindən sanksiyalar tətbiq edilib.
Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 29.06.2022
RUSİYA
ABŞ-ın özü sanksiyalardan əziyyət çəkir, qlobal böhran kəskinləşir - Antonov
Xəbər lenti
0