https://sputnik.az/20220824/ftb-trampin-evinde-coxlu-mexfi-sened-ele-kecirib-445282346.html
FTB Trampın evində çoxlu məxfi sənəd ələ keçirib
FTB Trampın evində çoxlu məxfi sənəd ələ keçirib
Sputnik Azərbaycan
Prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb. 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T08:01+0400
2022-08-24T08:01+0400
2022-08-24T08:01+0400
tramp
dünya xəbərləri
abş prezidenti donald tramp
donald tramp
ftb
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_0:0:3070:1728_1920x0_80_0_0_ba0a3b4d1711ed81bc8570194c638439.jpg
BAKI, 24 avqust — Sputnik. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında 150-dən çox məxfi sənəd ələ keçiriblər. Bu barədə "New York Times" xəbər verir.Eyni zamanda, 2022-ci ilin yanvarında Tramp daha 150 sənədi ABŞ Milli Arxivinə təhvil verib. Beləliklə, prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb."New York Times"da qeyd edilib ki, Trampın malikanəsindəki hazırkı axtarışlar Ədliyyə Nazirliyinin siyasətçinin əlində olan bütün məxfi sənədləri ələ keçirmək istəyi ilə bağlı ola bilər. Qeyd olunur ki, yanvarda təhvil verilən materiallara Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Milli Təhlükəsizlik Agentliyi və FTB-nin məlumatları daxil edilib.Avqustun 9-da Donald Tramp Mar-a-Laqodakı malikanəsində axtarışlar barədə danışıb. O bildirib ki, bu axtarışlarda yüzə yaxın FTB agenti iştirak edib. Siyasətçi güman edir ki, FTB-nin bu hərəkətləri onun 2024-cü il prezident seçkilərində potensial iştirak etmək niyyəti ilə bağlıdır. O, bu axtarışları əsassız adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_212:0:2941:2047_1920x0_80_0_0_975dcb286054cc94a55db36511a6c861.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, abş prezidenti donald tramp, donald tramp, ftb
tramp, abş prezidenti donald tramp, donald tramp, ftb
FTB Trampın evində çoxlu məxfi sənəd ələ keçirib
Prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb.
BAKI, 24 avqust — Sputnik. Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında 150-dən çox məxfi sənəd ələ keçiriblər. Bu barədə "New York Times" xəbər verir.
Eyni zamanda, 2022-ci ilin yanvarında Tramp daha 150 sənədi ABŞ Milli Arxivinə təhvil verib. Beləliklə, prezidentlik müddəti başa çatdıqdan sonra keçmiş ABŞ lideri öz evində 300-dən çox dövlət əhəmiyyətli məxfi materiallar saxlayıb.
"New York Times"da qeyd edilib ki, Trampın malikanəsindəki hazırkı axtarışlar Ədliyyə Nazirliyinin siyasətçinin əlində olan bütün məxfi sənədləri ələ keçirmək istəyi ilə bağlı ola bilər. Qeyd olunur ki, yanvarda təhvil verilən materiallara Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Milli Təhlükəsizlik Agentliyi və FTB-nin məlumatları daxil edilib.
Avqustun 9-da Donald Tramp Mar-a-Laqodakı malikanəsində axtarışlar barədə danışıb. O bildirib ki, bu axtarışlarda yüzə yaxın FTB agenti iştirak edib. Siyasətçi güman edir ki, FTB-nin bu hərəkətləri onun 2024-cü il prezident seçkilərində potensial iştirak etmək niyyəti ilə bağlıdır. O, bu axtarışları əsassız adlandırıb.