https://sputnik.az/20220824/elcezair-ve-srailden-heyvan-mehsullarinin-getirilmesi-mehdudlasdirilib-445344058.html
Əlcəzair və İsraildən heyvan məhsullarının gətirilməsi məhdudlaşdırılıb
Əlcəzair və İsraildən heyvan məhsullarının gətirilməsi məhdudlaşdırılıb
Sputnik Azərbaycan
Əlcəzairin Msila əyalətində və İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzairin Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi... 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T20:00+0400
2022-08-24T20:00+0400
2022-08-24T20:30+0400
heyvan
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42398/96/423989669_0:0:3073:1728_1920x0_80_0_0_b2c4464a93e08b626ea6d867e3289a1a.jpg
BAKI, 24 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətində və İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətindən və İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42398/96/423989669_22:0:2753:2048_1920x0_80_0_0_b4069ecf0f71f2371b961a19bd93d08a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heyvan
Əlcəzair və İsraildən heyvan məhsullarının gətirilməsi məhdudlaşdırılıb
20:00 24.08.2022 (Yenilənib: 20:30 24.08.2022) Əlcəzairin Msila əyalətində və İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzairin Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb
BAKI, 24 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətində və İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətindən və İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.