https://sputnik.az/20220823/xususi-dovlet-muhafizesi-sahesinde-calisan-emekdaslarin-pese-bayramidir-445279705.html
Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Sputnik Azərbaycan
Tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə gedib çıxan xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T10:54+0400
2022-08-23T10:54+0400
2022-08-23T10:54+0400
dövlət
cəmiyyət
xüsusi dövlət mühafizə xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926772_0:0:3072:1728_1920x0_80_0_0_bc1de62343fac7d4a5cda2a5967afd02.jpg
BAKI, 23 avqust — Sputnik. Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür. 1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.Ölkəmizdə xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.Belə ki, Cümhuriyyət dövründə parlamentin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Bu qanunla parlamentin "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılıb.Əvvəllər birinci tatar alayının rotmistri vəzifəsində xidmət edən podpolkovnik Nağı Əlizadə mühafizə bölüyünün rəisi vəzifəsinə təyin olunub.1992-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilib və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılıb.Ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. O sentyabrın 20-də imzaladığı Fərmanla Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiqləyib.Prezident İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926772_343:0:3072:2047_1920x0_80_0_0_c701ef4a9970082fd66fc10f248e354c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, xüsusi dövlət mühafizə xidməti
dövlət, xüsusi dövlət mühafizə xidməti
Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə gedib çıxan xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür
BAKI, 23 avqust — Sputnik. Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür. 1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizdə xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.
Belə ki, Cümhuriyyət dövründə parlamentin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Bu qanunla parlamentin "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılıb.
Əvvəllər birinci tatar alayının rotmistri vəzifəsində xidmət edən podpolkovnik Nağı Əlizadə mühafizə bölüyünün rəisi vəzifəsinə təyin olunub.
1992-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilib və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılıb.
Ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalayıb. O sentyabrın 20-də imzaladığı Fərmanla Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiqləyib.
Prezident İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.