https://sputnik.az/20220823/tbiliside-azerbaycan-gurcustan-ve-turkiye-nazirleri-gorusecekler-445285237.html
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri arasında görüş olub
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri arasında görüş olub
Sputnik Azərbaycan
Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində... 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T17:57+0400
2022-08-23T17:57+0400
2022-08-23T21:34+0400
tbilisi
siyasət
https://cdnn1.img.sputnik.az/img/42158/53/421585332_0:24:1001:587_1920x0_80_0_0_efdd4e41a7d0f4de452b85f93f61abb9.jpg
BAKI, 23 avqust — Sputnik. Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb.Qeyd olunub ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib.Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.Nazir Rəşad Nəbiyev Gürcüstana səfəri zamanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüş keçirib.Görüş çərçivəsində Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması, vahid tariflərin müəyyən olunması müzakirə olunub və bu istiqamətdə müvafiq işlərin görüləcəyi razılaşdırılıb.***Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sektorunda məsul nazirlərinin üçtərəfli görüşü keçiriləcək.Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdə iştirak etmək üçün avqustun 23-də Gürcüstana səfər edəcək.Qeyd edək ki, səfər çərçivəsində o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də görüşəcək.
https://sputnik.az/20220818/turkiye-azerbaycan-ve-gurcustan-arasinda-muhum-sazis-imzalanib-445155691.html
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42158/53/421585332_63:0:880:613_1920x0_80_0_0_2df9733bec16338baba21870799a07cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tbilisi
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri arasında görüş olub
17:57 23.08.2022 (Yenilənib: 21:34 23.08.2022) Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib.
BAKI, 23 avqust — Sputnik. Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılması məsələləri müzakirə olunub. Tranzit yük axınlarının sabit artımını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.
Tərəflər Orta Dəhlizə marağın artdığını qeyd ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb.
Qeyd olunub ki, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan, Türkiyə və Gürcüstan Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılması istiqamətində səyləri gücləndirib.
Birgə səylərin və səmərəli əməkdaşlığın nəqliyyat sahəsində qarşıya çıxan çətinlikləri aradan qaldıracağına əminlik ifadə olunub.
Nazir Rəşad Nəbiyev Gürcüstana səfəri zamanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüş keçirib.
Görüş çərçivəsində Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması, vahid tariflərin müəyyən olunması müzakirə olunub və bu istiqamətdə müvafiq işlərin görüləcəyi razılaşdırılıb.
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sektorunda məsul nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdə iştirak etmək üçün avqustun 23-də Gürcüstana səfər edəcək.
Qeyd edək ki, səfər çərçivəsində o, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də görüşəcək.