Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah hava necə olacaq?

© Sputnik / Ilham MustafayevVarlı Həyat kəndində
Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında və paytaxtda hava əsasən yağmursuz olacaq.
BAKI, 23 avqust — Sputnik. Avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Xəbər lenti
0