https://sputnik.az/20220823/rasim-musabeyov-turkiye-prezidenti-hem-kiyevde-hem-moskvada-esidilir-445286592.html
Rasim Musabəyov: "Türkiyə prezidenti həm Kiyevdə, həm Moskvada eşidilir"
Rasim Musabəyov: "Türkiyə prezidenti həm Kiyevdə, həm Moskvada eşidilir"
Sputnik Azərbaycan
Millət vəkili Rasim Musabəyov bildirib ki, Rusiya-Ukrayna gərginliyinə yanaşmada şəxsi münasibətlərdən daha üstün səviyyədə dayanan məsələlər var. 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T21:00+0400
2022-08-23T21:00+0400
2022-08-23T21:00+0400
rasim musabəyov
siyasət
rusiya
türkiyə
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445278753_0:24:3071:1751_1920x0_80_0_0_f4672666b3dcd1a6c57b81e5b72c55c5.jpg
BAKI, 23 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel arasında telefon danışığı olub.Ali komissar bildirib ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır: "Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir".Sputnik Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin həllində Türkiyənin təsir imkanları ilə bağlı millət vəkili Rasim Musabəyovun fikirlərini öyrənib.Millət vəkili bildirib ki, Türkiyə bu məsələyə kənardan gəlib müdaxilə etmir:O bildirib ki, Türkiyə bu münaqişənin onun qırmızı xətlərini keçməsini istəmir: "Son zamanlar Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət gərgindir. Bu, birbaşa olaraq Türkiyə üçün təhdid formalaşdırır. O baxımdan Ərdoğanın davranışları ilə bağlı hansısa spekulyasiyalara imkan vermək olmaz. Təbii ki, proseslərin nizamlanması üçün şəxsi münasibətlər vacibdir ki, tərəflər dialoq imkanlarını saxlasınlar. Amma Rusiya-Ukrayna gərginliyinə yanaşmada şəxsi münasibətlərdən daha üstün səviyyədə dayanan məsələlər var. Bəli, Ərdoğan iki ölkənin prezidentlərinin görüşünü təşkil etmək üçün təkliflərlə çıxış edir. Ancaq heç kimi belə görüşə məcbur edə bilməz. Qeyd edilməlidir ki, hələlik Türkiyə prezidenti həm Kiyevdə, həm Moskvada eşidilir. Amma Ərdoğanın sehirli çubuqla bütün məsələləri həll edəcəyini gözləmək lazım deyil".Xatırladaq ki, Türkiyə prezidenti Ukrayna lideri Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreşlə danışıqlardan sonra Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə əmin olduğunu bildirmişdi. Ərdoğan həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445278753_170:0:2901:2048_1920x0_80_0_0_b880d11681fdfd1f1fce336c6eb299b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rasim musabəyov, rusiya, türkiyə, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
rasim musabəyov, rusiya, türkiyə, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
Rasim Musabəyov: "Türkiyə prezidenti həm Kiyevdə, həm Moskvada eşidilir"
Millət vəkili Rasim Musabəyov bildirib ki, Rusiya-Ukrayna gərginliyinə yanaşmada şəxsi münasibətlərdən daha üstün səviyyədə dayanan məsələlər var.
BAKI, 23 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel arasında telefon danışığı olub.
Ali komissar bildirib ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.
Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır:
"Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir".
Sputnik Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin həllində Türkiyənin təsir imkanları ilə bağlı millət vəkili Rasim Musabəyovun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Türkiyə bu məsələyə kənardan gəlib müdaxilə etmir:
"Türkiyə Qara dənizdə yerləşən böyük bir dövlətdir. Ona görə də Türkiyə aktiv şəkildə münaqişənin dayandırılması üçün səylər göstərir. Türkiyənin dövlət maraqları tələb edir ki, bu münaqişə genişlənməsin".
O bildirib ki, Türkiyə bu münaqişənin onun qırmızı xətlərini keçməsini istəmir:
"Son zamanlar Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət gərgindir. Bu, birbaşa olaraq Türkiyə üçün təhdid formalaşdırır. O baxımdan Ərdoğanın davranışları ilə bağlı hansısa spekulyasiyalara imkan vermək olmaz. Təbii ki, proseslərin nizamlanması üçün şəxsi münasibətlər vacibdir ki, tərəflər dialoq imkanlarını saxlasınlar.
Amma Rusiya-Ukrayna gərginliyinə yanaşmada şəxsi münasibətlərdən daha üstün səviyyədə dayanan məsələlər var. Bəli, Ərdoğan iki ölkənin prezidentlərinin görüşünü təşkil etmək üçün təkliflərlə çıxış edir. Ancaq heç kimi belə görüşə məcbur edə bilməz. Qeyd edilməlidir ki, hələlik Türkiyə prezidenti həm Kiyevdə, həm Moskvada eşidilir. Amma Ərdoğanın sehirli çubuqla bütün məsələləri həll edəcəyini gözləmək lazım deyil".
Xatırladaq ki, Türkiyə prezidenti Ukrayna lideri Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreşlə danışıqlardan sonra Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə əmin olduğunu bildirmişdi. Ərdoğan həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir.