Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Naftalan yağları" Küveytə ixrac olunacaq

© AFP 2023 / STRDohaya mənzərə, arxiv şəkli
Dohaya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Kosmetik vasitə kimi istifadə olunan "Naftalan yağları" Küveytə ixrac olunacaq. "Naftalan yağı" məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.
BAKI, 23 avqust — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı Azərbaycanda istehsal olunan "Naftalan yağları" məhsuluna sərbəst satış sertifikatı təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, əsasən kosmetik vasitə kimi istifadə olunan "Naftalan yağları" Küveytə ixrac olunacaq. "Naftalan yağı" məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.
Sərbəst satış sertifikatı ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun təqdim olunur. Sənəd ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanlarının onu sertifikatlaşdırdığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatının verilməsi əvvəllər 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə yerli məhsul ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.Azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Xəbər lenti
0