https://sputnik.az/20220823/moskvada-azerbaycan-ve-ermenistanin-serhed-komissiyalarinin-iclasi-kecirilecek-445305156.html
Moskvada Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclası keçiriləcək
Moskvada Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclası keçiriləcək
Sputnik Azərbaycan
Ermənistan tərəfinin yaydığı məlumatda bildirilib ki, hazırda görüşün gündəliyi müəyyən edilməyib. 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T19:58+0400
2022-08-23T19:58+0400
2022-08-23T19:58+0400
moskva
siyasət
ermənistan
delimitasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_0:0:3148:1771_1920x0_80_0_0_118bba88b0a68f0db9d249b504f0bbe2.jpg
BAKI, 23 avqust — Sputnik. Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalarının ikinci iclasının avqustun sonunda Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mətbuat xidmətindən məlumat verilib."Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının görüşünün avqustun sonuna qədər Moskvada keçirilməsi planlaşdırılır. Hazırda görüşün gündəliyi müəyyən edilməyib", - mətbuat xidməti qeyd edib.Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşünün avqustda keçiriləcəyini bildirmişdi."Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik", – deyə dövlət başçısı vurğulayıb.Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_417:0:3148:2048_1920x0_80_0_0_f14f3a5cc2f172dce3d4c79ae780d1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, ermənistan, delimitasiya
moskva, ermənistan, delimitasiya
Moskvada Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclası keçiriləcək
Ermənistan tərəfinin yaydığı məlumatda bildirilib ki, hazırda görüşün gündəliyi müəyyən edilməyib.
BAKI, 23 avqust — Sputnik. Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalarının ikinci iclasının avqustun sonunda Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mətbuat xidmətindən məlumat verilib.
"Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının görüşünün avqustun sonuna qədər Moskvada keçirilməsi planlaşdırılır. Hazırda görüşün gündəliyi müəyyən edilməyib", - mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşünün avqustda keçiriləcəyini bildirmişdi.
"Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik", – deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub.