https://sputnik.az/20220823/mekteblinin-doyulmesi-fakti-ile-bagli-cinayet-isi-baslanib-445302149.html
Məktəblinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Məktəblinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Sputnik Azərbaycan
Bir müddət öncə 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T18:29+0400
2022-08-23T18:29+0400
2022-08-23T18:29+0400
məktəbli
azərbaycan xəbərləri
lənkəran şəhəri
lənkəran teatrı
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_293:331:1920:1246_1920x0_80_0_0_4b1fe3ba7cc86ca733d34fefbb00dfdd.jpg
BAKI, 23 avqust — Sputnik. Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, istintaqla, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib:"O vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq şəxsin yetkinlik yaşına çatmadığını nəzərə almadan mobil telefonunu əlindən alıb. Vəzifəli şəxs yeniyetmənin şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə onun hüquqlarına və qanuni mənafelərinə zərər vurub. Həmçinin yeniyetmənin sağlamlığına zərər vurmadan ona bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib"."Toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib", - deyə prokurorluğun məlumatında bildirilir.Xatırladaq ki, hadisə baş verən gün Rasilə Arifqızı təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
lənkəran şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_213:0:1920:1280_1920x0_80_0_0_eb911d8845a49d20cbf749ea39388b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəbli, lənkəran şəhəri, lənkəran teatrı
məktəbli, lənkəran şəhəri, lənkəran teatrı
Məktəblinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bir müddət öncə 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
BAKI, 23 avqust — Sputnik. Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumatda bildirilib ki, istintaqla, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib:
"O vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq şəxsin yetkinlik yaşına çatmadığını nəzərə almadan mobil telefonunu əlindən alıb. Vəzifəli şəxs yeniyetmənin şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə onun hüquqlarına və qanuni mənafelərinə zərər vurub. Həmçinin yeniyetmənin sağlamlığına zərər vurmadan ona bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib".
"Toplanan sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib", - deyə prokurorluğun məlumatında bildirilir.
Xatırladaq ki, hadisə baş verən gün Rasilə Arifqızı təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.