SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu: "Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər"

© Sputnik / POOL / Mediabanka keçidTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Türkiyənin xarici işlər naziri bildirib ki, Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır.
BAKI, 23 avqust — Sputnik. Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" televiziyasına müsahibəsində deyib.
"İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir", - o bildirib.
"Sonuncu seçkilərdə Ermənistan xalqı baş nazir Nikol Paşinyana çox ciddi dəstək verdi. Diaspora sığınmağa ehtiyac yoxdur. Biz deyirik ki, gəlin, Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirək. Bu zaman hər kəs, o cümlədən də Ermənistan qazanar" - nazir vurğulayıb.
Türkiyə XİN rəhbəri bildirib ki, ermənilər hər yeri dağıdırlar:
"Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər. Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir".
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 23.08.2022
DÜNYA XƏBƏRLƏRİ
Ukraynada müharibənin davam etməsini istəyən NATO üzvləri var - Çavuşoğlu
Xəbər lenti
0