CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Brokonyerliklə bağlı cərimələr artırılacaq

© AFP 2024 / RAIGO PAJULAOvçu, arxiv şəkli
Ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Cərimələrin artırılması ilə əlaqədar ETSN ovçuluğun tənzimlənməsi ilə bağlı 176 nömrəli qərara dəyişikliyin edilməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
BAKI, 23 avqust — Sputnik. 2022-ci il ərzində brokonyerliklə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 70 qanun pozuntusu ilə bağlı 70 mindən artıq cərimə tətbiq edilib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, cərimələrin artırılması ilə əlaqədar ETSN ovçuluğun tənzimlənməsi ilə bağlı 176 nömrəli qərara dəyişikliyin edilməsi üçün aidiyyəti qurumlara müraciət edib:
“Cərimələrin artırılması aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Növbəti ildə cərimələrlə bağlı qərara dəyişiklik olunaraq şərtlər sərtləşdiriləcək. Həm cəza tədbirlərinin, həm də cərimələrin miqdarının artırılması nəzərdə tutulub”.
Azad olunan ərazilərdə fototələlər quraşdırılıb
Firuddin Əliyev bildirib ki, işğaldan azad olunan ərazilərdə fototələlər quraşdırılıb. O qeyd edib ki, yaxın günlərdə əldə olunan şəkillər və nəticələr ictimaiyyətə təqdim ediləcək.
Xəbər lenti
0