Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib

© AR Ministry of Defence"Artilleriya atəşinin ustaları" müsabiqəsinin bağlanış mərasimi keçirilib
Artilleriya atəşinin ustaları müsabiqəsinin bağlanış mərasimi keçirilib
 - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Mərasimdə qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub, Qazaxıstanın Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
BAKI, 23 avqust - Sputnik. Qazaxıstanın paytaxt Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mərasimdə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov və nazirliyin digər rəhbər heyəti, hərbi attaşelər, komandaların üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Artilleriya atəşinin ustaları” haqqında videoçarx nümayiş etdirildikdən sonra müsabiqədə iştirak edən dövlətlərin bayraqları səhnəyə gətirilib.
Tədbirdə çıxış edən general-leytenant M.Xusainov iştirakçıları salamlayıb və hər bir komandanın yarışlar müddətində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.
Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Qazaxıstanın Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Bağlanış mərasimində konsert proqramı təqdim olunub.
Qeyd edək ki, 9 komandanın mübarizə apardığı müsabiqənin yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb.
“Snayper həddi” müsabiqəsində növbəti çalışmalar icra olunub - Sputnik Azərbaycan, 1920, 22.08.2022
HƏRBİ
"Snayper həddi" müsabiqəsində növbəti çalışmalar icra olunub
Xəbər lenti
0