Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Tankçılarımız yarımfinal mərhələsinə hazırlaşırlar

© Photo : Ministry of Defence (Azerbaijan)Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.
BAKI, 22 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər.
Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.
© Photo : Ministry of Defence (Azerbaijan)Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
"Ordu Oyunları-2022"
Bu il "Beynəlxalq Ordu Oyunları-2022" 12 ölkədə, o cümlədən Belarus, Azərbaycan, Əlcəzair, Venesuela, Vyetnam, İran və Rusiyada keçirilir. Oyunlarda 37 ölkədən 270-dən çox komanda iştirak edir, o cümlədən yeni gələnlər arasında Niger və Ruanda da var.
Azərbaycan hərbçiləri "Ordu Oyunları-2022"nin dörd yarışında iştirak edirlər: "Tank biatlonu", "Dəniz kuboku", "Artilleriya atəşinin ustaları" və "Snayper həddi".
© Photo : Ministry of Defence (Azerbaijan)Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Tankçılarımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər
Azərbaycan beşinci dəfədir ki, dəniz kuboku yarışına ev sahibliyi edir. "Dəniz kuboku" yarışı avqustun 27-dək davam edəcək
Sputnik İA "Ordu-2022" forumunun beynəlxalq informasiya tərəfdaşıdır.
Xəbər lenti
0