Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr belə hesablanacaq

© Photo : Baku city Education DepartmentMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Nazirlər Kabineti sertifikasiyadan keçən müəllimlərin, eləcə də direktor və müavinlərin maaşlarına aylıq əlavələrin hesablanma qaydalarını açıqlayıb.
BAKI, 22 avqust — Sputnik. Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələrin hesablanması qaydası müəyyənləşdirilib.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr də nəzərdə tutulub.
Qərara əsasən, direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr aşağıdakı qaydada hesablanacaq:
Məlumat üçün bildirək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayır. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər.
Xatırladaq ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.
Xəbər lenti
0