Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Mir" ödəniş sisteminin kartları daha bir ölkədə tətbiq edilə bilər

© AFP 2024 / -Mir" ödəniş sisteminin kartı
Mir ödəniş sisteminin kartı - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Danışıqlar Hindistanın milli təhlükəsizlik müşavirinin Moskvaya səfəri zamanı aparılıb
BAKI, 22 avqust — Sputnik. Rusiya və Hindistan "Mir" və "RuPay" kartları ilə ödənişlərin qarşılıqlı tanınması ilə bağlı danışıqlar aparır. Bu barədə "Deccan Herald" nəşri məlumat yayıb.
Jurnalistlər bu məsələnin Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Adjit Dovalın ötən həftənin ortalarında Moskvaya səfəri zamanı müzakirə edildiyini müəyyən ediblər.
Nəşrdə qeyd ediblər ki, müvafiq müqavilə bağlandığı halda, hindistanlılar Rusiyaya səfər zamanı, ruslar isə Hindistana səfər zamanı öz kartları ilə problemsiz ödəniş edə biləcəklər.
Xatırladaq ki, Rusiya Çin, Tailand və Misirlə "Mir" ödəniş kartından istifadəni aktiv şəkildə müzakirə edir. "Bundan əlavə, bu mövzuda Azərbaycan və bir sıra digər ölkələrlə danışıqlar aparılır", - deyə xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
Daha əvvəl yazıldığı kimi, Moskva və Ankara rublla ikitərəfli ticarət haqqında saziş imzalayıblar.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparıldığı Soçidən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Логотипы платежных систем Visa, Mastercard и Мир на банковских картах в Москве - Sputnik Azərbaycan, 1920, 07.08.2022
SİYASƏT
Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır
Xəbər lenti
0