https://sputnik.az/20220807/turkiyenin-bes-banki-rusiyanin-mir-odenis-sisteminden-istifadeye-baslayir-444758452.html
Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır
Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır
Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan bu cür dəyişiklikləri həm rusiyalı turistlər, həm də Türkiyənin özü üçün əlverişli adlandırıb. 07.08.2022, Sputnik Azərbaycan
2022-08-07T10:00+0400
2022-08-07T10:00+0400
2022-08-06T23:51+0400
siyasət
rusiya
türkiyə
rəcəb tayyip ərdoğan
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:312:3001:2000_1920x0_80_0_0_f877d47e5ee4acc4a0c8f3b99330bc30.jpg
BAKI, 7 avqust - Sputnik. Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır.Bu barədə "Bloomberg" xəbər verir. Məsələ dünən Soçidə Rusiya və Türkiyə liderləri arasında müzakirə olunub. Həmçinin iki ölkənin Mərkəzi Banklarının rəhbərləri arasında da görüş baş tutub.Bundan əvvəl isə Rəcəb Tayyib Ərdoğan bu cür dəyişiklikləri həm rusiyalı turistlər, həm də Türkiyənin özü üçün əlverişli adlandırıb.Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib ki, Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəliblər.“Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, “Mir” kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və hotel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb”, - Ərdoğan deyib.Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşüblər. İki liderin “Rus” sanatoriyasının ərazisində keçirilən görüşü 4 saatdan artıq davam edib.Söhbətin əvvəlində Putin türkiyəli həmkarına Ukraynadan taxıl tədarükü və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması məsələsinin həllində şəxsən iştirakına görə təşəkkür edib.Rusiya Prezidenti onu da qeyd edib ki, “Türk axını” normal və nasazlıqla işləyir və bu gün Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biridir.Bundan əlavə, Putin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.O, həmçinin əlavə edib ki, görüşdə Suriya mövzusu da yan keçməyəcək. Ərdoğan da öz növbəsində bildirib ki, liderlər əməkdaşlıq məsələlərində yeni səhifə açmalıdırlar.O, bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil etdiyini izah edib.
https://sputnik.az/20220806/ankaradan-moskvaya-dostluq-jesti--444756454.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440138963_0:0:2667:2000_1920x0_80_0_0_1bcbdb4e548bd8d1fdc599770dc68dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, türkiyə, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
rusiya, türkiyə, rəcəb tayyip ərdoğan, rusiya prezidenti vladimir putin
Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır
Rəcəb Tayyib Ərdoğan bu cür dəyişiklikləri həm rusiyalı turistlər, həm də Türkiyənin özü üçün əlverişli adlandırıb.
BAKI, 7 avqust - Sputnik. Türkiyənin beş bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəyə başlayır.
Bu barədə "Bloomberg" xəbər verir. Məsələ dünən Soçidə Rusiya və Türkiyə liderləri arasında müzakirə olunub. Həmçinin iki ölkənin Mərkəzi Banklarının rəhbərləri arasında da görüş baş tutub.
Bundan əvvəl isə Rəcəb Tayyib Ərdoğan bu cür dəyişiklikləri həm rusiyalı turistlər, həm də Türkiyənin özü üçün əlverişli adlandırıb.
Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib ki, Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəliblər.
“Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, “Mir” kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və hotel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb”, - Ərdoğan deyib.
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşüblər. İki liderin “Rus” sanatoriyasının ərazisində keçirilən görüşü 4 saatdan artıq davam edib.
Söhbətin əvvəlində Putin türkiyəli həmkarına Ukraynadan taxıl tədarükü və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması məsələsinin həllində şəxsən iştirakına görə təşəkkür edib.
Rusiya Prezidenti onu da qeyd edib ki, “Türk axını” normal və nasazlıqla işləyir və bu gün Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biridir.
Bundan əlavə, Putin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.
O, həmçinin əlavə edib ki, görüşdə Suriya mövzusu da yan keçməyəcək. Ərdoğan da öz növbəsində bildirib ki, liderlər əməkdaşlıq məsələlərində yeni səhifə açmalıdırlar.
O, bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil etdiyini izah edib.