Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir kənddə turistlərlə sakinlər arasında gərginlik yarandı - VİDEO

© pixabay / StockSnapŞort geyinən oğlan
Şort geyinən oğlan - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Qalacıq kənd bələdiyyə sədri Zöhrə Şalbuzova şort üstündə düşən mübahisəyə aydınlıq gətirib.
BAKI, 22 avqust — Sputnik. İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun Qalacıq kənd sakinləri şort geyinərək ora gələnlərə təzyiq göstəriblər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qalacıq kənd bələdiyyə sədri Zöhrə Şalbuzova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd sakinləri ilə turistlər arasında kiçik mübahisə olub: "Kənd sakinləri şort geyinərək ora gələnlərə təzyiq göstərməyiblər. Sadəcə kiçik mübahisə olub. Qalacıq əhalinin sıx yaşadığı kənddir. Bu kənddə indiyədək heç bir kişi şort geyinib gəzməyib. Bir kişi, bir qadın qolu açıq geyinib küçəyə çıxmır. Bu kəndin illərdir qoruduğu adət-ənənədir. Sakinlər də turistlərə deyiblər ki, kənddə qadınlar, uşaqlar yaşayır. Bu dəyərlərə hörmətlə yanaşmaq lazımdır. Kişilərin kəndin içində ayaqları tüklü halda şortla gəzməsi bir az kənd yeri üçün etik deyil. Buna görə kiçik mübahisə yaranıb. Yoxsa İsmayıllı rayonu, Qalacıq kəndi sakinləri qonaqpərvərdirlər".
Xatırladaq ki, bir müddət öncə buna bənzər hadisə Qəbələnin Laza kəndində baş vermişdi. Turistlərlə kənd sakinləri arasında mübahisə baş vermişdi.
Xəbər lenti
0