DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində məhsulları quraqlıqdan qorumaq üçün süni yağış yağdırılacaq

© AP Photo / Peter DejongTarlada fermer, arxiv şəkli
Tarlada fermer, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Ekspertlərin fikrincə, ÇXR-də məhsulun azalması qlobal əhəmiyyət kəsb edəcək, o cümlədən ABŞ və Avropada inflyasiyanı gücləndirəcək.
BAKI, 22 avqust - Sputnik. ÇXR-in hakimiyyət orqanları anomal istilər fonunda məhsulu quraqlıqdan qorumaq üçün süni şəkildə yağış yağdırmağa hazırlaşır.
Bu barədə Associated Press agentliyi Çinin Kənd Təsərrüfatı Nazirliyinə istinadla məlumat yayıb. Məlumata əsasən, həmçinin bitkilərə rütubətin buxarlanmasını məhdudlaşdıran susaxlayıcı əlavə çiləmək planlaşdırılır.
Cin bu cür təbiət hadisələrinin müşahidə olunmağa başladığı 61 ildən bəri ən isti yayı yaşayır. Sıçuan və Hubey əyalətlərinin hakimiyyət orqanları bildiriblər ki, isti hava min hektarlarla əkin sahəsini məhv edib və milyonlarla hektarda məhsula ziyan vurub.
Bu ərəfədə Hubey əyalət administrasiyası fövqəladə vəziyyət elan edib və humanitar yardım verilməsinə başlayıb. Sıçuan əyalətində 820 minə yaxın inşana içməli su çatışmır. Bununla yanaşı, əyalətdə günəş panelləri, mikroçip və digər sənaye məhsulları istehsal edən müəssisələrin işi su çatışmazlığı səbəbindən altı gündür dayanıb.
Ekspertlərin fikrincə, ÇXR-də məhsulun azalması qlobal əhəmiyyət kəsb edəcək, o cümlədən ABŞ və Avropada inflyasiyanı gücləndirəcək.
Çinin cənubunda isti hava şəraiti iyuldan başlayaraq hökm sürür. Britaniya, Fransa, Almaniya və İspaniya daxil olmaqla, Avropanın bir sıra ölkələrində də anomal isti və quraqlıq yaşanır.
Xəbər lenti
0