https://sputnik.az/20220822/avtobuslarda-gedis-haqqinin-artirilmasi-ucun-muracietler-edilib-445260257.html
Avtobuslarda gediş haqqının artırılması üçün müraciətlər edilib
Avtobuslarda gediş haqqının artırılması üçün müraciətlər edilib
Sputnik Azərbaycan
Avtobuslarda qiymətlərin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər kollektiv... 22.08.2022, Sputnik Azərbaycan
2022-08-22T15:11+0400
2022-08-22T15:11+0400
2022-08-22T15:14+0400
paytaxt xəbərləri
"xaliq faiqoğlu" mmc
marşrut avtobusu
qiymət artımı
https://cdnn1.img.sputnik.az/img/41612/06/416120662_0:107:1032:688_1920x0_80_0_0_20c23f9593e508d226f42251ede12396.jpg
BAKI, 22 avqust — Sputnik. Çörəyin qiymətinin qalxması və bir çox məhsulların bahalaşmasından sonra ictimai nəqliyyatda da qiymət artımının olacağı haqda müxtəlif fikirlər səsləndirilir.Maraqlıdır, Bakı Nəqliyyat Agentliyi və daşıyıcılar nə düşünür?Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, onlar tərəfindən Tarif Şurasına qiymətlərin arıtırlması üçün müraciətlər olmayıb."Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər kollektiv şəkildə tariflərə yenidən baxılması və bu sektora dövlət dəstəyinin verilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib: "Lakin bununla bağlı müraciətimizə cavab verilməyib".N.Rzayev qeyd edir ki, “Xaliq Faiqoğlu” şirkəti avtobus parkını müasirləşdirir, xidmət keyfiyyətini daim yüksək saxlamağa çalışır və hər ili böyük məbləğdə ziyanla başa vurur: "Bununla bağlı hesabatlar aidiyyəti dövlət qurumlarına təqdim edilib".Maraqlıdır, adambaşına daşınma xərci əslində nə qədər olmalıdır ki, şirkət zərərlə işləməsin?N.Rzaeyv deyir ki, bu rəqəm şirkətlər üzrə müxtəlifdir: "Yeni müasir avtobuslar alan, müasir istehsalat bazası quran şirkətin hər sərnişinbaşına düşən xərci ilə köhnə və yararsız avtobuslarla, heç bir standarta cavab verməyən formada fəaliyyət göstərən daşıyıcı şirkətin xərci eyni ola bilməz. Hazırda şirkətimizin hər sərnişinbaşına göstərdiyi xidmətin maya dəyəri 85 qəpiyə bərabərdir və bura amortizasiya xərcləri daxil deyil".Hazırda paytaxtda marşrutda gedişhaqqı orta hesabla 30 qəpikdir.
https://sputnik.az/20220411/gedis-haqqi-azi-50-qepik-olacaq-sahibkarlar-qan-aglayir-441007585.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41612/06/416120662_0:0:1032:774_1920x0_80_0_0_8a07d51bc617d08c993c1faa8f090411.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"xaliq faiqoğlu" mmc, marşrut avtobusu, qiymət artımı
"xaliq faiqoğlu" mmc, marşrut avtobusu, qiymət artımı
Avtobuslarda gediş haqqının artırılması üçün müraciətlər edilib
15:11 22.08.2022 (Yenilənib: 15:14 22.08.2022) Avtobuslarda qiymətlərin artımı üçün bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər kollektiv şəkildə aidiyyəti dövlət qurumlarına müraciət ediblər
BAKI, 22 avqust — Sputnik. Çörəyin qiymətinin qalxması və bir çox məhsulların bahalaşmasından sonra ictimai nəqliyyatda da qiymət artımının olacağı haqda müxtəlif fikirlər səsləndirilir.
Maraqlıdır, Bakı Nəqliyyat Agentliyi və daşıyıcılar nə düşünür?
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, onlar tərəfindən Tarif Şurasına qiymətlərin arıtırlması üçün müraciətlər olmayıb.
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər kollektiv şəkildə tariflərə yenidən baxılması və bu sektora dövlət dəstəyinin verilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib: "Lakin bununla bağlı müraciətimizə cavab verilməyib".
N.Rzayev qeyd edir ki, “Xaliq Faiqoğlu” şirkəti avtobus parkını müasirləşdirir, xidmət keyfiyyətini daim yüksək saxlamağa çalışır və hər ili böyük məbləğdə ziyanla başa vurur: "Bununla bağlı hesabatlar aidiyyəti dövlət qurumlarına təqdim edilib".
Maraqlıdır, adambaşına daşınma xərci əslində nə qədər olmalıdır ki, şirkət zərərlə işləməsin?
N.Rzaeyv deyir ki, bu rəqəm şirkətlər üzrə müxtəlifdir: "Yeni müasir avtobuslar alan, müasir istehsalat bazası quran şirkətin hər sərnişinbaşına düşən xərci ilə köhnə və yararsız avtobuslarla, heç bir standarta cavab verməyən formada fəaliyyət göstərən daşıyıcı şirkətin xərci eyni ola bilməz. Hazırda şirkətimizin hər sərnişinbaşına göstərdiyi xidmətin maya dəyəri 85 qəpiyə bərabərdir və bura amortizasiya xərcləri daxil deyil".
Hazırda paytaxtda marşrutda gedişhaqqı orta hesabla 30 qəpikdir.