Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

40 minə yaxın abituriyent ixtisas seçimi edib

© AFP 2023 / FRED DUFOURİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
İxtisas seçimi mərhələsində abi­turi­yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını müvafiq internet ünva­nında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər
BAKI, 22 avqust — Sputnik. İxtisas seçimi bütün qruplar üzrə 2022-ci il 28 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 22 avqust saat 09:30-a olan məlumata əsasən 39110 ixtisas seçimi ərizəsi təsdiq edilib.
Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abi­turi­yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünva­nında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.
Müsabiqə şərtləri barədə tələbə qəbulu haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri" haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz:
Xəbər lenti
0