https://sputnik.az/20220821/xn-ve-azerbaycan-resmileri-turkiyeye-bassagligi-veribler-445230810.html
XİN və Azərbaycan rəsmiləri Türkiyəyə başsağlığı veriblər
XİN və Azərbaycan rəsmiləri Türkiyəyə başsağlığı veriblər
Sputnik Azərbaycan
Milli Məclisin sədri Sahibə Qafarova və Baş naziri Əli Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı... 21.08.2022, Sputnik Azərbaycan
2022-08-21T14:42+0400
2022-08-21T14:42+0400
2022-08-21T14:42+0400
siyasət
türkiyə
əli əsədov
sahibə qafarova
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/41685/22/416852230_0:63:1201:738_1920x0_80_0_0_cdac22b221a8b932bb33bccc467e0558.jpg
BAKI, 21 avqust - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə xəbər verir."Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - başsağlığıda deyilir.Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.Parlamentin spikeri bu barədə Twitter hesabında yazıb:“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.Bundan əvvəl Prezident İlham Əliyev də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı vermişdi.
https://sputnik.az/20220821/prezident-lham-eliyev-receb-tayyib-erdogana-bassagligi-verib-445225974.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41685/22/416852230_66:0:1133:800_1920x0_80_0_0_a8142b273aa3441c8d73a971a66ce740.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, əli əsədov, sahibə qafarova, azərbaycan xin
türkiyə, əli əsədov, sahibə qafarova, azərbaycan xin
XİN və Azərbaycan rəsmiləri Türkiyəyə başsağlığı veriblər
Milli Məclisin sədri Sahibə Qafarova və Baş naziri Əli Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiklərini bildiriblər.
BAKI, 21 avqust - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə xəbər verir.
"Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - başsağlığıda deyilir.
Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.
Parlamentin spikeri bu barədə Twitter hesabında yazıb:
“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Bundan əvvəl Prezident İlham Əliyev də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı vermişdi.