https://sputnik.az/20220821/qerb-liderleri-ranin-nuve-proqramini-muzakire-edibler-445238644.html
Qərb liderləri İranın nüvə proqramını müzakirə ediblər
Qərb liderləri İranın nüvə proqramını müzakirə ediblər
Sputnik Azərbaycan
Liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün... 21.08.2022, Sputnik Azərbaycan
2022-08-21T23:01+0400
2022-08-21T23:01+0400
2022-08-22T09:47+0400
dünya xəbərləri
iran
nüvə
nüvə anlaşması
nüvə proqramı
nüvə zərbəsi
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_0:320:3073:2048_1920x0_80_0_0_6a0b759540a7ddd4986268c4053f0af3.jpg
BAKI, 21 avqust - Sputnik. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər.Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.Qeyd edilib ki, liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə ediblər.Avqustun 16-da yayılan məlumatlara görə, Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.O deyib ki, Ə.Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına, bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.O əlavə edib ki, həmçinin, danışıqlar zamanı dinc nüvə proqramının davam etdirilməsi İslam Respublikasının prinsiplərindən biri kimi qorunub saxlanılıb.İranın Milli Təhlükəsizlik Komissiyasının sözçüsünün sözlərinə görə, Ə.Baqiri nüvə müzakirələrində qarşı tərəfin İslam Respublikasının məntiqinə əsaslanaraq, sanksiyaların ləğvinin yoxlanılması və zəmanətlərin verilməsi kimi iki məsələnin prinsipini qəbul etdiyini vurğulayıb və ölkəmizin nüvə imkanlarının əsası qorunub saxlanılacağını qeyd edib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437262228_57:0:2788:2048_1920x0_80_0_0_2efba598b0fbdcab93b0ec28c1239a75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, nüvə, nüvə anlaşması, nüvə proqramı, nüvə zərbəsi, abş
iran, nüvə, nüvə anlaşması, nüvə proqramı, nüvə zərbəsi, abş
Qərb liderləri İranın nüvə proqramını müzakirə ediblər
23:01 21.08.2022 (Yenilənib: 09:47 22.08.2022) Liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirəyə çıxarıblar.
BAKI, 21 avqust - Sputnik. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson və Almaniya kansleri Olaf Şolz İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər.
Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, liderlər Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə ediblər.
Avqustun 16-da yayılan məlumatlara görə, Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.
O deyib ki, Ə.Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına, bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.
O əlavə edib ki, həmçinin, danışıqlar zamanı dinc nüvə proqramının davam etdirilməsi İslam Respublikasının prinsiplərindən biri kimi qorunub saxlanılıb.
İranın Milli Təhlükəsizlik Komissiyasının sözçüsünün sözlərinə görə, Ə.Baqiri nüvə müzakirələrində qarşı tərəfin İslam Respublikasının məntiqinə əsaslanaraq, sanksiyaların ləğvinin yoxlanılması və zəmanətlərin verilməsi kimi iki məsələnin prinsipini qəbul etdiyini vurğulayıb və ölkəmizin nüvə imkanlarının əsası qorunub saxlanılacağını qeyd edib.