Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada koronavirusa yoluxanların sayı 600 milyona yaxınlaşır

© AFP 2024 / PUNIT PARANJPEHəkim
Həkim - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 452 min 769 nəfər COVID-19-a yoluxmanın nəticəsində dünyasını dəyişib.
BAKI, 21 avqust - Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, bazar günü səhərə dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 595 milyon 677 min 66-ya çatıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 452 min 769 nəfər COVID-19-a yoluxmanın nəticəsində dünyasını dəyişib.
20 milyondan çox yoluxma qeydə alınmış ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Cənubi Koreya var.
Dünyada baş verən əsas hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşan “Worldometers” portalının məlumatına görə, bazar günü səhərə olan məlumata görə, planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 830,2 təşkil edir. Hindistanda hər 1 milyon əhaliyə 374 nəfər ölüm, Braziliyada 3163, Fransada 2341, Almaniyada 1737, Böyük Britaniyada 2724, İtaliyada 2898, Cənubi Koreyada 507 nəfər ölüm qeydə alınıb. ABŞ-la bağlı məlumatlar isə mövcud deyil.
Pandemiya dövründə dünyada COVID-19-a qarşı 12 milyard 66 milyon 538 min 586 peyvənd vurulub.
Xəbər lenti
0