Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM rezidenturaya və dövlət qulluğuna qəbul imtahanı keçirib

© Photo : State Examination Center of the Republic of AzerbaijanProkurorluq orqanların testlə qəbul imtahanı
Prokurorluq orqanların testlə qəbul imtahanı - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
BAKI, 21 avqust - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
DİM-in yaydığı məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.
Xəbər lenti
0