DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ceyms Bondun "Aston Martin"i 2,4 milyon dollara satıldı

Ceyms Bond - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Bu Aston Martin modeli Ceyms Bond filmlərinin baş qəhrəmanının idarə etdiyi avtomobillərdən biridir.
BAKI, 21 avqust - Sputnik. Aktyor Şon Konneriyə məxsus gümüş 1964-cü il istehsalı olan "Aston Martin DB5" hərracda 2,4 milyon dollara satılıb. Bu barədə CNN məlumat yayıb.
Bu "Aston Martin" modeli Ceyms Bond filmlərinin baş qəhrəmanının idarə etdiyi avtomobillərdən biridir. Bir neçə Bond filmində rol alan Konneri “Qoldfinger”də (1964) onlardan birini sürüb və 2020-ci ilin oktyabrında ölümündən bir müddət əvvəl eyni avtomobili alıb.
Avtomobil gözləniləndən daha böyük məbləğə (1,4 milyon dollardan 1,8 milyon dollara qədər) satılıb. Alıcının adı açıqlanmayıb.
CNN qeyd edir ki, Ceyms Bond filmlərindən birinin tanıtımı üçün istifadə edilən "Aston Martin DB5"in xüsusi versiyası 2019-cu ildə 6,4 milyon dollara satılıb.
Xəbər lenti
0