Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan hərbi dənizçiləri futbol yarışının qalibi olub

© Sputnik / Murad OrujovBakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib
Bakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Azərbaycan hərbi dənizçilərinin komandası İran hərbi gəmi ekipajları ilə gərgin keçən qarşılaşmada qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
BKI, 21 avqust - Sputnik. Ölkəmizdə təşkil olunan "Dəniz kuboku-2022" beynəlxalq müsabiqəsinin proqramına əsasən iştirakçı komandalar arasında futbol yarışı keçirilib.
Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışın birinci mərhələsində İran hərbi dənizçiləri Rusiya komandasına qalib gəlib.
Növbəti oyun Azərbaycan ilə Qazaxıstan komandaları arasında baş tutub və hərbçilərimiz rəqibdən üstün olmağı bacarıb.
Rusiya və Qazaxıstan komandaları arasında üçüncü yer uğrunda mübarizədə oyun sonuncuların üstünlüyü ilə başa çatıb.
Final oyunu Azərbaycan və İran hərbi gəmi ekipajları arasında baş tutub. Azərbaycan hərbi dənizçilərinin komandası gərgin keçən qarşılaşmada qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Beləliklə futbol üzrə yarışın nəticələrinə əsasən Azərbaycan hərbi dənizçilərinin komandası birinci, İran ikinci, Qazaxıstan isə üçüncü olub.
Sonda yarışda fərqlənən komandalara kubok, medal və fəxri fərmanlar təqdim olunub.
Hərbi dənizçilər Dəniz kuboku müsabiqəsində növbəti epizodu yerinə yetiriblər - Sputnik Azərbaycan, 1920, 17.08.2022
HƏRBİ
"Dəniz kuboku" müsabiqəsində növbəti epizod yerinə yetirilib
Xəbər lenti
0