https://sputnik.az/20220820/nformatika-olimpiadasinda-biabirci-netice-bes-milyonlar-hara-xerclenib-445200349.html
İnformatika Olimpiadasında biabırçı nəticə: Bəs milyonlar hara xərclənib?
İnformatika Olimpiadasında biabırçı nəticə: Bəs milyonlar hara xərclənib?
Sputnik Azərbaycan
İndoneziyada keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəblilərinin göstərdiyi uğursuz nəticələr ciddi suallar doğurub. 20.08.2022, Sputnik Azərbaycan
2022-08-20T09:30+0400
2022-08-20T09:30+0400
2022-08-19T21:00+0400
milyonlar
təhsil
indoneziya
olimpiada
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_0:320:3073:2048_1920x0_80_0_0_81d899663d8ed37b2625ad1640d55378.jpg
BAKI, 20 avqust — Sputnik. İndoneziyada keçirilən olimpiadada Azərbaycanın mövqeyinin zəif olması xoşagələn deyil və biz tez-tez belə vəziyyətlə qarşılaşırıq.Bunu təhsil üzrə ekspert İlqar Orucov İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəblilərinin göstərdiyi uğursuz nəticələrə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu yarışlara xüsusi qiymət vermək lazımdır, hər bir uğursuzluq bizi düşündürməli və onun səbəbləri araşdırılmalıdır.İnformatika sahəsində uğursuzluğun səbəblərindən danışan təhsil üzrə ekspert Elşən Qafarov isə Sputnik Azərbaycan-a açqıalmasında bildirib ki, informatika üzrə şagirdlərin yüksək nəticə göstərməməsi təhsilin səviyyəsinin aşağı olması ilə bağlıdır.2020-ci ildə şagirdlərimizin informatika sahəsində olimpiadada ilk medal qazandığını deyən ekspert ümid edir ki, növbəti illərdə bu sahədə də uğurlar olacaq.İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüz isə öncəki illərdən fərqli olaraq ölkəmizin bu olimpiadada cəmi bir bürünc medal qazanımasına təəssüflənib:"Məktəblimiz Səid Nəsibov 163 bal toplamaqla 168-ci yeri qazanaraq bürünc əldə edə bilib. Ölkəmizin informatika komandasının bu nəticəsini elə də uğurlu hesab etmək olmaz. Ötən il komandamız iki bürünc, 2020-ci ildə isə üç bürünc medal qazanmışdı. Komanda hesabı üzrə toplanan balları illər üzrə müqayisə etdikdə nəticələrin ilbəil aşağı düşdüyünü müşahidə edirik".Osman Gündüz bu uğursuz nəticələrə görə, Elm və Təhsil Nazirliyinə bir sıra ritorik suallar da ünvanlayıb:"Görəsən, Təhsil Nazirliyi tərəfindən bir il ərzində xeyli resurslar ayrılmasına, olimpiadaya hazırlıqla bağlı xüsusi Mərkəz formalaşdırılmasına baxmayaraq nəticələrin zəifləməsinin səbəbi nə ilə bağlı olub? Nə üçün qalib gələn şagirdimiz adıçəkilən Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, tam fərqli bir məktəbin, Müasir Təhsil Kompleksinin müstəqil hazırlaşan məktəblisi olub? Belədirsə, o zaman Təhsil Nazirliyinin və sponsorun bu qədər resurslar ayırmasının nə mənası var?".Ekspertin fikrincə, Azərbaycanın 90 ölkə içərisində ümumi hazırlıq göstəricisi üzrə 69-cu yerdə qərar tutması uğurlu hesab oluna bilməz.Xatırladaq ki, 2021-2022-ci ildə Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 4 qızıl, 20 gümüş, 43 bürünc medal və 3 həvəsləndirici mükafat olmaqla ümumilikdə 67 medal əldə ediblər. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunur.Bir neçə gün öncə İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb.Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev də bu məsələ ilə bağlı tənqidi şərhində qeyd edib ki, Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır:"Bu layihəni də puç elədilər. Fuad Qarayev və Muxtar Məmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib? Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü. Ukrayna təmsilçiləri 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8-ci yeri tutublar. Gürcüstan 1 gümüş, 2 bürünc. Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici. Beləliklə, Azərbaycan 88 ölkə arasında 69-cu yerdə. İran 9-cu, Türkiyə 18-ci, Qazaxıstan 23-cü, Gürcüstan 33-cü, Qırğızıstan 37-ci yerdədir".O qeyd edib ki, bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır: "Bu gedişlə İnformasiya Texnologiyaları sahəsində mütəxəssis hazırlamaqda bədgüman olaraq qalacağıq. Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_89:0:2820:2048_1920x0_80_0_0_091e36db356e445852c9fad8ec2cfbce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milyonlar, indoneziya, olimpiada
milyonlar, indoneziya, olimpiada
İnformatika Olimpiadasında biabırçı nəticə: Bəs milyonlar hara xərclənib?
İndoneziyada keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəblilərinin göstərdiyi uğursuz nəticələr ciddi suallar doğurub.
BAKI, 20 avqust — Sputnik. İndoneziyada keçirilən olimpiadada Azərbaycanın mövqeyinin zəif olması xoşagələn deyil və biz tez-tez belə vəziyyətlə qarşılaşırıq.
Bunu təhsil üzrə ekspert İlqar Orucov İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəblilərinin göstərdiyi uğursuz nəticələrə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu yarışlara xüsusi qiymət vermək lazımdır, hər bir uğursuzluq bizi düşündürməli və onun səbəbləri araşdırılmalıdır.
İnformatika sahəsində uğursuzluğun səbəblərindən danışan təhsil üzrə ekspert Elşən Qafarov isə Sputnik Azərbaycan-a açqıalmasında bildirib ki, informatika üzrə şagirdlərin yüksək nəticə göstərməməsi təhsilin səviyyəsinin aşağı olması ilə bağlıdır.
2020-ci ildə şagirdlərimizin informatika sahəsində olimpiadada ilk medal qazandığını deyən ekspert ümid edir ki, növbəti illərdə bu sahədə də uğurlar olacaq.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Osman Gündüz isə öncəki illərdən fərqli olaraq ölkəmizin bu olimpiadada cəmi bir bürünc medal qazanımasına təəssüflənib:
"Məktəblimiz Səid Nəsibov 163 bal toplamaqla 168-ci yeri qazanaraq bürünc əldə edə bilib. Ölkəmizin informatika komandasının bu nəticəsini elə də uğurlu hesab etmək olmaz. Ötən il komandamız iki bürünc, 2020-ci ildə isə üç bürünc medal qazanmışdı. Komanda hesabı üzrə toplanan balları illər üzrə müqayisə etdikdə nəticələrin ilbəil aşağı düşdüyünü müşahidə edirik".
Osman Gündüz bu uğursuz nəticələrə görə, Elm və Təhsil Nazirliyinə bir sıra ritorik suallar da ünvanlayıb:
"Görəsən, Təhsil Nazirliyi tərəfindən bir il ərzində xeyli resurslar ayrılmasına, olimpiadaya hazırlıqla bağlı xüsusi Mərkəz formalaşdırılmasına baxmayaraq nəticələrin zəifləməsinin səbəbi nə ilə bağlı olub? Nə üçün qalib gələn şagirdimiz adıçəkilən Olimpiada Hazırlıq Mərkəzinin hazırlaşdırdığı məktəbli deyil, tam fərqli bir məktəbin, Müasir Təhsil Kompleksinin müstəqil hazırlaşan məktəblisi olub? Belədirsə, o zaman Təhsil Nazirliyinin və sponsorun bu qədər resurslar ayırmasının nə mənası var?".
Ekspertin fikrincə, Azərbaycanın 90 ölkə içərisində ümumi hazırlıq göstəricisi üzrə 69-cu yerdə qərar tutması uğurlu hesab oluna bilməz.
Xatırladaq ki, 2021-2022-ci ildə Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 4 qızıl, 20 gümüş, 43 bürünc medal və 3 həvəsləndirici mükafat olmaqla ümumilikdə 67 medal əldə ediblər. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunur.
Bir neçə gün öncə İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev də bu məsələ ilə bağlı tənqidi şərhində qeyd edib ki, Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır:
"Bu layihəni də puç elədilər. Fuad Qarayev və Muxtar Məmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib? Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü. Ukrayna təmsilçiləri 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8-ci yeri tutublar. Gürcüstan 1 gümüş, 2 bürünc. Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici. Beləliklə, Azərbaycan 88 ölkə arasında 69-cu yerdə. İran 9-cu, Türkiyə 18-ci, Qazaxıstan 23-cü, Gürcüstan 33-cü, Qırğızıstan 37-ci yerdədir".
O qeyd edib ki, bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır: "Bu gedişlə İnformasiya Texnologiyaları sahəsində mütəxəssis hazırlamaqda bədgüman olaraq qalacağıq. Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!".