Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN: Təngəaltı və Dağ Quşçu kəndlərində yanğın tam söndürülüb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 20.08.2022
Abunə olmaq
Soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
BAKI, 20 avqust - Sputnik. Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermiş yanğın da günün ikinci yarısında tam söndürülüb. Burada isə yanğın təxminən 40 hektar ərazini əhatə edib.
Qeyd edək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 20.08.2022
HADİSƏ
FHN yanğınlarla bağlı məlumat yayıb
Xəbər lenti
0