CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu nazirliyin qurumu ləğv edildi - Baş nazirdən qərar

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidПремьер-министр Азербайджана Али Асадов во время переговоров
Премьер-министр Азербайджана Али Асадов во время переговоров  - Sputnik Azərbaycan, 1920, 20.08.2022
Abunə olmaq
Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib.
BAKI, 20 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib.
Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib.
Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranıb.
Suqovuşan bəndində təmir işləri - Sputnik Azərbaycan, 1920, 05.07.2022
QARABAĞ
Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə səfər edib
Xəbər lenti
0