CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yumurta bahalaşdı

© AFP 2023 / PHILIPPE HUGUENyumurta
yumurta  - Sputnik Azərbaycan, 1920, 20.08.2022
Abunə olmaq
Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.
BAKI, 20 avqust — Sputnik. Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.
Qaynarinfo bildirir ki, ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.
Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır. O bildirib ki, həmişə sentyabr ayı ərəfəsində yumurtaya tələb artır: "Yaxın 15 gündə tələb daha da artacaq. Hazırda müəssisələrdə kifayət qədər yumurta istehsal edilir, təkliflərdə azalma yoxdur".
Mürvət Həsənli bildirib ki, qarşıdakı aylarda yumurtanın qiymətində ciddi artım gözləmir: "Yumurta istehsalında böyük rəqabət var. 15-ə yaxın firma ciddi şəkildə yumurta istehsalı ilə məşğul olur. Rəqabətin olduğu yerdə inanmıram ki, qiymətin qalxması fantastik həddə olsun. Hazırda bir qutu yumurtanın maya dəyəri 50-52 manat arasındadır. Bir ay bundan öncə bir qutu yumurtanın topdansatışı 34-38 manat civarında idi, yəni qiymətlər maya dəyərindən aşağı olmuşdu. Çünki bazarda təklif çox, tələb isə az idi. Hazırda bir qutu yumurtanın topdansatışı 48 manatdır. Lakin payıza doğru qiymətin qalxması gözlənilir. Fikrimcə, bir qutu yumurtanın satışı 54-55 manat civarında dayanacaq, sabitləşəcək".
Yemlər 2 dəfədən çox bahalaşıb
O qeyd edib ki, dünyada yemlərin qiyməti 2 dəfədən çox qalxıb: "Son 1 ildə qarğıdalının 1 tonu 320 manatdan 800 manata, günəbaxan yağı 1600 manatdan 4200 manata, soya 980-1000 manatdan 1600-1700 manata, buğda 280-300 manatdan 600 manata yüksəlib. Lakin ötən ay soya idxalının ƏDV-dən azad olunması nəticəsində soyanın ölkəyə gətirilməsi 1100-1200 manata başa gəlir. Yəni son bir ayda soya ucuzlaşıb. Yemlər ölkəyə əsasən Rusiyadan, Qazaxıstandan, Ukraynadan gətirilir".
Yerli istehsal daxili tələbatı 130 faiz ödəyir
M.Həsənli diqqətə çatdırıb ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır: "Yay aylarında isə gündəlik tələbat 2 milyon 200 minədək düşür. Ölkədə 5 milyona yaxın yumurta istehsal edilir. Azərbaycanda yumurta üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir. Qətərə, İraqa, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə yumurta ixrac edilir. Rusiyaya da yumurta ixracı ilə bağlı razılıq əldə edilib, hazırda sənədləşmə işləri aparılır".
Yumurta istehsalı artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd olub.
Onu da bildirək ki, Prezident İlham Əliyevin fərmanı ilə bu ilin iyulun 1-də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib.
Xəbər lenti
0