https://sputnik.az/20220819/zengilan-rayonunun-agali-kendinde-yanacaqdoldurma-menteqesi-acildi-445178880.html
Zəngilan rayonunun Ağalı kəndində yanacaqdoldurma məntəqəsi açıldı
Zəngilan rayonunun Ağalı kəndində yanacaqdoldurma məntəqəsi açıldı
Sputnik Azərbaycan
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T12:03+0400
2022-08-19T12:03+0400
2022-08-19T12:23+0400
ağalıq kəndi
cəmiyyət
azpetrol
"azpetrol ltd" mmc
qarabağ
dizel
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_0:146:3121:1902_1920x0_80_0_0_686266a56de98749cf479a911e2a2b4c.jpg
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-i istismara verdi.Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Bununla da, "Azpetrol" şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin etdi.Yanacaqdoldurma məntəqəsinin açılışında "Azpetrol" şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları iştirak etdilər."Azpetrol" şirkətin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak", 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. "Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.Xatırladaq ki, bir neçə gün öncə Ağalı kəndində ət kəsim məntəqəsi fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_196:0:2925:2047_1920x0_80_0_0_5fd875056c7c08f7f365db9cedda98e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ağalıq kəndi, azpetrol, "azpetrol ltd" mmc, qarabağ, dizel
ağalıq kəndi, azpetrol, "azpetrol ltd" mmc, qarabağ, dizel
Zəngilan rayonunun Ağalı kəndində yanacaqdoldurma məntəqəsi açıldı
12:03 19.08.2022 (Yenilənib: 12:23 19.08.2022) Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-i istismara verdi.
Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Bununla da, "Azpetrol" şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin etdi.
Yanacaqdoldurma məntəqəsinin açılışında "Azpetrol" şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları iştirak etdilər.
"Azpetrol" şirkətin ilk yanacaqdoldurma məntəqəsi - "Spartak", 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. "Azpetrol" şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Xatırladaq ki, bir neçə gün öncə Ağalı kəndində ət kəsim məntəqəsi fəaliyyətə başlayıb.