Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ukrayna kamikadze dövlətinə necə çevrilir?

© AP Photo / David GoldmanUkrayna
Ukrayna  - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Bu gün Amerika hakimiyyəti Ukraynadan tamhüquqlu kamikadze dövləti yetişdirmklə terrorçuluqla işbirliyini yeni səviyyəyə qaldırıb.
David Narmania, RİA Novosti
ABŞ-ın Rusiyanı terrorizmin sponsoru kimi qəbul etmək hədələri Vaşinqtonun bəslənmiş vassallarının — Baltikyanı ölkələrin siyasi elitalarının analoji qərarları ilə müşayiət olunur. May ayında Litva rəhbərliyi, keçən həftə isə Riqadakı qonşuları belə bir addım atmağa cəsarət ediblər.
Eyni zamanda, görünür, Amerika isteblişmenti belə bir ssenarini ciddi şəkildə nəzərdən keçirir: müvafiq qətnamə artıq ABŞ senatı tərəfindən qəbul edilib, lakin Bayden administrasiyası onu dəstəkləməyə tələsmir. Xüsusən də mətbuatın yazdığına görə, dövlət katibi Entoni Blinken müqavimət göstərir.
Səbəblər aydındır: belə bir addım Vaşinqtonu nəinki müxtəlif fəallıq dərəcələri ilə Kremllə ticarəti davam etdirən müttəfiqlərinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcək, həm də Moskva ilə ən azı Kuba raket böhranından sonra tarixin ən pis dövrünü yaşayan istənilən münasibətlərə ola bilsin ki, son qoyacaq.
Artıq Kreml belə bir addımın vəziyyəti kökündən dəyişəcəyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə vurğulayıb ki, əgər konqres müvafiq qətnaməni qəbul edərsə, o zaman iki ölkə arasında münasibətlər unudula bilər.
Amerikalı siyasətçilərin boş fikirləri yanıldıcı olmamalıdır. Vaşinqton terrorizmin sponsoru statusu ilə təhdid edir, baxmayaraq ki, ABŞ özü bütün münaqişələrdə müxtəlif növ radikallara dəstək verir: Əfqanıstan, Çeçenistan, İraq, Liviya, Suriya - bütün bu toqquşmalarda demokratik cəmiyyətdə adətən damğalanmış və deklorativ təqiblərə məruz qalanlar istər pul, istərsə də silah təchizatında Qərbdən kömək alıblar.
Amma bu gün Amerika hakimiyyəti Ukraynadan tamhüquqlu kamikadze dövləti yetişdirmklə terrorçuluqla işbirliyini yeni səviyyəyə qaldırıb.
Özünüz mühakimə edin: qondarma prezident Zelenski açıq şəkildə bəyan edir ki, Ukrayna qoşunları Zaporojye AES-ə zərbələr endirməkdə davam edəcək, çünki orada rus bölmələri yerləşib - və bu cür hərəkətlərin ekoloji fəlakətə səbəb ola biləcəyinə əhəmiyyət vermir. Kiyevin özününkü saydığı ərazilərə, xalqı demirəm, bu qədər paxıllıq edən qeyrəti necə qeyd etməmək olar.
Eyni zamanda, heç bir dəqiqlik bu cür hücumlara haqq qazandıra bilməz: bazar günü zərbəsindən sonra fraqmentlər və raket, mühərriki işləyən güc blokundan 400 metr aralıda düşüb. Ukraynalı artilleriyaçıların dəqiqliyi isə, sözün düzü, suallar doğurur: Kramatorsk və Yelenovka ağlı başında olan insanlara iki variant qoyur və İosif Stalinin dediyi kimi, "hər ikisi daha pisdir" – ya bunlar dəhşətli səhv hesablamalardır, ya da bunlar qəsdən müharibə cinayətləridir.
Bunun fonunda Ukrayna silahlı qüvvələrinin Nikopoldakı hərəkətləri daha ağılsız görünür - Kiyev orada minə qədər hərbi qulluqçudan ibarət ayrıca radiasiya, kimyəvi və bioloji müdafiə qoşunları alayını yerləşdirib. Rusiya Müdafiə Nazirliyi hesab edir ki, bu, gözlənilən təxribatdan xəbər verir. Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsevin vurğuladığı kimi, ZAES ərazisində hər hansı bu cür hərəkətlər bütün qitənin nüvə təhlükəsizliyinə təhlükə yaradır. Ukrayna özünü sözün əsl mənasında kamikadze dövləti kimi aparır.
Bundan əlavə, həftənin əvvəlində Kursk vilayətində ukraynalı diversantların hərəkətləri barədə də xəbərlər məlum olub - orada onlar atom elektrik stansiyasından gələn altı elektrik ötürücü qülləni partladıblar.
Eyni zamanda, Ukrayna silahlı qüvvələri Qorlovkanı atəşə tutmaqda davam edir: bir neçə gün əvvəl "Stirol" zavodu artilleriya atəşinə məruz qalıb. Müəssisənin özü faktiki olaraq 2014-cü ildən fəaliyyət göstərmir, lakin şəhərin ərazisində yerli kimya zavodunun məzarlıqları yerləşir.
Ümumiyyətlə, Ukrayna qoşunları bütün hərəkətləri ilə ekoloji fəlakəti yaxınlaşdırır. Amma onların cinayətlərinin siyahısı bununla bitmir. Elə təkcə Ukrayna silahlı qüvvələrinin Donbass şəhərlərinə səpələdiyi "Petal" minalarını xatırlatmaq kifayətdir: onlar heç bir hərbi tapşırıq yerinə yetirmirlər, bu işdə əsas məqsəd mülki əhalinin məhv edilməsidir.
1993-cü ildə Britaniyanın "The Independent" qəzeti maraqlı tərifli məqalə dərc edib: "Antisovet döyüşçüsü öz ordusunu sülh yoluna göndərib". Üsamə bin Laden dörddəbir səhifəlik fotodan oxucuya təbəssümlə baxır: material məhz onun Əfqanıstandakı "qəhrəmanlıqlarına" həsr olunmuşdu.
30 ildən az bir müddətdə Qərb mətbuatının başqa qəhrəmanları var: indi Vladimir Zelenski və həyat yoldaşı "Vogue" jurnalının üz qabığında özlərini nümayiş etdirir. Fotoları Enni Leybovts özü çəkib. Nəşrlər yalnız xarakterlərinə görə fərqlənir, mahiyyət isə eyni qalır - Qərb ABŞ-ın rəhbərliyi altında radikal rejimlərə hər cür dəstək verməkdə, onlara pul, silah və hər cür informasiya dəstəyi verməkdə davam edir. Və bu, onilliklər əvvəlkindən daha böyük həcmdədir.
Vladimir Putin siyasi karyerasının başlanğıcında qeyd etdiyi kimi, Rusiya hər yerdə terrorçuları təqib edəcək. Və o, qətiyyətlə onlarla danışıqlar aparmağı planlaşdırmır – bu yaxınlarda Petro Poroşenkonun etiraf etdiyi kimi, Ukraynaya müharibəyə hazırlaşmaq imkanı vermək məqsədi daşıyan Minsk prosesi bizə bəs edər, çünki Kiyevdə heç kim üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi planlaşdırmırdı.
Buna baxmayaraq, Ukraynaya mütləq sülh gələcək. Amma orada artıq Zelenski, onun dekorativ və mənasız həbsçiləri, əlaltıları və böyük siyasət oynamış digər fırıldaqçılar olmayacaq.
Xəbər lenti
0