Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"İstintaq" filmi Sankt-Peterburqda nümayiş etdiriləcək

© AP Photo / Julio Cortezkinolent
kinolent - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Silsilə tədbirlər avqustun 24-də "Sevmək" (Mixail Kalik, İnna Tumanyan, Moldova) və "Ağ paroxod" (Bolotbek Şamşiyev, Qırğızıstan) filmlərinin nümayişi ilə başa çatacaq.
BAKI, 19 avqust — Sputnik. 21-24 avqust tarixlərində Sankt-Peterburqda "Lendok" kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçiriləcək.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən məlumata görə, təşkilatçılar təkcə Rusiyadan deyil, həm də qonşu ölkələrdən olan tərəfdaşlar və paytaxt qonaqları üçün işgüzar, mədəni və əyləncə proqramı hazırlayıblar.
Bu müddətdə Rusiya və MDB ölkələrinin III Beynəlxalq Bədii və Sənədli Filmlər Festivalı Lendok, həmçinin Rusiya və MDB ölkələrinin birgə istehsalı üzrə Beynəlxalq Konfrans keçiriləcək.
Qeyd edək ki, festivalın "Onlayn platformalar üçün seriallar" kateqoriyası üzrə qiymətləndirmədə iştirak edən üzvlərindən biri də "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynovdur.
Lendok Film Festivalı çərçivəsində Rusiyanın şimal paytaxtının kinoteatrlarında qonşu ölkələrin "qızıl kolleksiyası"ndan filmlər nümayiş etdiriləcək. Qeyd edək ki, "Avrora" kinoteatrının kiçik zalında (Nevski pr., 60) rejissor Rasim Ocaqovun "İstintaq" filmi nümayiş olunacaq.
Kinofestivalın əsas tədbirlərindən biri də avqustun 22-də Lendoc kinostudiyasının Ağ zalında baş tutacaq MDB ölkələrinin birgə istehsalı üçün "Pitçinq"dir. Tədbirin moderatoru Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının katibi, MovieStart Prodüser Mərkəzinin baş direktoru Dmitri Yakunin olacaq. Pitçinq qısa siyahısına daxil olan müsabiqə iştirakçılarının işlərini Rusiya kinosunun və qonşu ölkələrin kinosunun aparıcı mütəxəssisləri qiymətləndirəcək.
Pitçinq başa çatdıqdan dərhal sonra "LENDOK - Kino 2022. Biz birlikdə daha çox iş görə bilərik" dəyirmi masa həyata keçiriləcək. Pitçinq iştirakçıları Rusiya və qonşu ölkələrdə birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivlərini, eləcə də qlobal bazara birgə çıxışı müzakirə edəcəklər.
Bunlarla yanaşı Rusiya və qonşu ölkələrdən rejissorların, prodüserlərin və digər peşəkarların iştirakı ilə ustad dərsləri keçiriləcək. Kinorejissor Əli Xamrayev avqustun 23-də "Lendok" kinostudiyasının qonaqları ilə peşəkar sirlərini bölüşəcək. Həmçinin "Kultura" telekanalının kommersiya direktoru Viktoriya Krivitskaya, prodüser Yekaterina Mixaylova, CANON peşəkar avadanlıq şöbəsinin biznesin inkişafı üzrə meneceri Yevgeni Suboçev də təlimçilər arasında olacaq.
Silsilə tədbirlər avqustun 24-də "Sevmək" (Mixail Kalik, İnna Tumanyan, Moldova) və "Ağ paroxod" (Bolotbek Şamşiyev, Qırğızıstan) filmlərinin nümayişi ilə başa çatacaq.
Təşkilatçılar Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Lendok" kinostudiyası və "Moviestart" prodüser mərkəzidir.
Xəbər lenti
0