Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah hava gözəl olacaq

© Sputnik / Murad OrujovŞuşa şəhərinin mənzərəsi
Şuşa şəhərinin mənzərəsi - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti izlənələcək.
BAKI, 19 avqust — Sputnik. Avqustun 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60%, gündüz 35-40% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.
Xəbər lenti
0