Prezidentin köməkçisi Brüsseldə Armen Qriqoryanla görüşüb
20:05 19.08.2022 (Yenilənib: 20:30 19.08.2022)
© Photo : Twitter / Toivo KlaarAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb
© Photo : Twitter / Toivo Klaar
Abunə olmaq
Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşlə bağlı məlumat yeyib.
BAKI, 19 avqust - Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Toivo Klaar Twitter hesabında yazıb.
"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - paylaşımda deyilir.