Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident bir neçə səfiri vəzifəsindən geri çağırıb

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında
 Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın Braziliya, Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb.
BAKI, 19 avqust - Sputnik. Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eləcə də Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
***
Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.
Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Xəbər lenti
0