Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Liseylərə qəbul ola bilməyənlərə şad xəbər

şagird - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Təhsil İnstitutu bildirib ki, II mərhələ üçün ayrılan vaxt 19 – 22 avqust tarixlərini əhatə edəcək.
BAKI, 19 avqust — Sputnik. Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir. Təhsil İnstitutundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, II mərhələ üçün ayrılan vaxt 19 – 22 avqust tarixlərini əhatə edəcək. Qeyd edək ki, proses 19 avqust 11:00-da başlayır və 22 avqust 17:00-da başa çatır. Bu mərhələdə ümumilikdə 8859 şagird iştirak hüququ əldə edir:
1) Birinci mərhələdə seçim etməyən şagirdlər;
2) Birinci mərhələdə seçim edib qəbul olmayan şagirdlər.
Boş qalan yerlərə lisey seçimi etmək üçün elektron xidmət portalında (https://sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsinə keçid edilməli və istəyə uyğun olaraq bir və ya iki seçim edilməlidir. Daha sonra seçimlər yadda saxlanılmalıdır.
22 avqust tarixinə qədər seçimlərin ardıcıllığı dəyişdirilə, yaxud silinə bilər. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılacaq. Daha sonra şagirdin şəxsi işləri valideyn tərəfindən ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq qəbul olduğu ümumtəhsil müəssisəsinə təhvil verilməlidir.
Xəbər lenti
0